Yanvarın 10-da, ABŞ və İran arasındakı artan gərginlik az qala başqa bir Fars körfəzi münaqişəsinə çevrildiyi dövrdə Omanda, təqribən 50 illik hökmranlıqdan sonra Sultan Qabus bin Səidin ölümü böyük “mötədillərdən” birini səhnədən uzaqlaşdırıb.
1970-ci ilin iyulunda demək olar ki, qansız saray çevrilişi ilə atasını devirib hakimiyyətdə gəlmiş Sultan Qabus, siyasi idarəetmə qollarını bir əldə möhkəm tutsa da, sürətli sosial-iqtisadi modernləşmə ilə yadda qalıb.
Qabus dövründə hakimiyyətin mərkəzləşdirilməsi, varisin adını açıqlamaqdan imtina etməsi ilə birlikdə, sultanın qocalıq çağlarında (vəfat edərkən 79 yaşında idi) davamlı fərziyyələrin yaranmasına səbəb olub. Amma iqtidarın Qabusun əmisi oğlu Heysəm bin Tariq Ali-Səidə keçidi, Oman səlahiyyətlilərinin söylədiyi kimi, sürətlə və rəvan şəkildə baş verib.
Müşahidəçilərin siyasi xələfilik üçün ən yaxşı namizəd hesab etdiyi 3 qardaşdan biri – Heysəm 1954-cü ildə anadan olub və 30 illik siyasi təcrübə toplayıb.
Karyerasının əvvəlində, o, 16 il Oman Xarici İşlər Nazirliyində, o cümlədən baş katib vəzifəsini 8 il tutmaqla, 1994-2002-ci illərdə diplomat kimi xidmət edib və son illərədək milli irs və mədəniyyət naziri vəzifəsində çalışıb.
Qabusun 1995-ci ildə başlatdığı “Vision 2020” komitəsinin rəhbəri, yəni iqtisadi planını inkişaf etdirməklə, nüfuzunu daha da yüksəldib. Sonradan “Oman Vision 2040” planının icrası da ona tapşırılıb.
1913-cü ildən 1932-ci ilə qədər Məsqət və Oman Sultanlığını idarə etmiş sultan Teymur bin Feysəlin nəvəsi olaraq Heysəm ölkəsinə öz möhürünü vurmağa çalışacaq. Çünki Qabusun adı, bir növ, dövlətin sinoniminə çevrilib.
Oman üçün təhlükəli bir vaxtda hakimiyyəti ələ keçirən, sonra cənub-qərbdəki Dufar əyalətində 10 illik marksist üsyanını məğlub etmiş Qabus 1975-ci ildən fərdi dövlət qurub. Sultan və onun müşavirləri “İnsanlarla tanış ol” turları çərçivəsində həftələr boyu Omanı gəzib-dolaşıb, şikayət və problemləri dinləyib, habelə keçmiş müxalifçilərin, o cümlədən Yusif bin Ələvini – 1960-cı illərdə Dufarın Azadlığı Cəhbəsi üzvünü, 1997-ci ildən etibarən Omanın xarici işlər nazirini reabilitasiya ediblər.
Qabusdan Heysəmə keçidin qətiyyətli və sürətli xarakteri xarici müşahidəçilərin varislik prosesinin qeyri-şəffaflığı mövzusunda narahatlığını təkzib etsə də, yeni sultan, Qabusun “xalqın atası” olaraq sevilən harizmatik siyasi obrazını dağıtmaqda çətinlik çəkəcək.
Üstəlik, Heysəm Qabus hakimiyyətinin son illərində yaranmış iqtisadi problemlərlə üzləşəcək. Ətalətli iqtisadi göstəricilərə və korrupsiya anlayışlarına qarşı xalq qəzəbi 2011-ci ildə, “Ərəb Baharı” dövründə etirazlara səbəb olub və bu, təkrarlana bilər.
Heysəmin özünün aktiv bir işadamı olması və 2012-ci ildə dövlətdən satın alınan “Mavi şəhər” layihəsi ilə əlaqəsi, gərginliyin artacağı təqdirdə, əleyhinə işləyər.
Bölgə işlərində Heysəm dərhal Qabusun bütün dövlətlərlə dinc yanaşı yaşama və yaxşı qonşuluq siyasətinə əməl edəcəyinə söz verib. Omanın tərəfləri seçmək və ya regional münaqişələrə, qarşıdurmalara qarışmaqdan imtina etməsi Qabusa 2011 və 2013-cü illər arasında ABŞ və İran kimi düşmənlər, 2019-cu ildə isə Səudiyyə rəsmiləri və husi nümayəndələri arasında dialoq üçün şərait yarada bilən və mesaj ötürə bilən bir vasitəçi kimi nüfuz qazandırmağa imkan verib.
İranla P5 + 1 danışıqlarına çevrilən və 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) imzalanması ilə sona çatan danışıqların həyata keçirilməsində Omanın iştirakı çox vacib idi. Qabusun həyatının son günlərində isə prezident Donald Tramp sazişdən imtina edib, ABŞ və İran arasında gərginlik artıb.
İranın yanvarın 8-də ABŞ-ın İraqdakı hədəflərinə qarşı raket zərbəsi endirməsindən əvvəl bir Avropa vasitəçisi ilə de-eskalasiya mesajları ötürməsi açıq rabitə kanallarını saxlaya bilən “üçüncü tərəf”ə ehtiyacı yenidən ortaya çıxarıb. Sultan Heysəmin dövründə Omanın bu rolu davam etdirə bilib-bilməməsi hələ məlum deyil. Onun qonşuların regional Körfəz siyasətinə qoşulub-qoşulmayacağını da görmək lazımdır.
Oman səlahiyyətliləri Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri üçlüyü ilə Qətər arasında 2014-cü və 2017-ci ildəki gərginliyin iki turunu çox yaxından izləyiblər. Hakimiyyətə gələn yeni əmirin ilk hərəkətləri Omanın Qabusdan sonrakı siyastinə aydınlıq gətirəcək.//Strateq.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?