Yerli sakinlərin və xilasedicilərin bildirdiyinə görə, Rusiyanın rəhbərliyi ilə Suriya hökuməti qüvvələrinin ölkənin şimal-qərbini üsyançılardan təmizləmək üçün həyata keçirdiyi hava hücumları azı 18 nəfərin ölümünə, on minlərlə insanın Türkiyə sərhədinə qaçmasına səbəb olub.
Şahidlər hökümətin nəzarətindəki Hələbin qərbində yerləşən Kfar Taal kəndində 6 uşaq da daxil olmaqla, 8 nəfərdən ibarət bir ailənin, İdlib əyalətinin cənub-şərqindəki Mardabsehdə isə 4 mülki mülki vətəndaşın öldürüldüyünü bildirib.
“Allah bütün zalımların cazasını verəcək. Ailəmdən sağ qalan yoxdur" deyə Kfar Taala sakini, 71 yaşlı Əbu Yassir Reuters-ə göndərilən səs yazısında bildirib.
ABŞ-ın yardım agentlikləri hava hücumlarının onlarla kəndin xarabalığa çevirdiyini, xəstəxanaları və məktəbləri dağıtdığını bildirib.
Rusiya və Suriyanın hökumət qüvvələrinin dekabr ayından bəri Rusiyanın başçılığı və İranın yarı-hərbi dəstələrinin yardımı ilə hərbi aparılan kampaniyanın hədəf aldığı müxalifət qüvvələrinin nəzarətindəki kəndlərə son hücumu zamanı da azı 8 mülki vətəndaş ölüb.
Sorğu
Yeni dizaynımız necədir?