Tbilisi ötən oktyabr ayında Gürcüstanın minlərlə internet saytını vurmuş planlı kütləvi kiberhücuma görə Rusiyanı ittiham edib.
Gürcüstan Xarici İşlər Nazirliyinin sözçüsü Vladimer Konstantinidi fevralın 20-də Tbilisidə keçirilən mətbuat konfransında deyib ki, bu hücum Rusiya tərəfindən hazırlanıb və həyata keçirilib:
"Gürcüstan hakimiyyət orqanlarının apardığı təhqiqat və partnyorlarla əməkdaşlıq çərçivəsində toplanmış informasiya göstərir ki, bu kiberhücum Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının əsas bölümü tərəfindən hazırlanıb və reallaşdırılıb”.
Rusiya Müdafiə Nazirliyi hələlik bu bəyanata heç bir reaksiya verməyib.
Oktyabrın 28-də edilmiş kiberhücum nəticəsində Gürcüstanın 2000-dən çox dövlət, özəl və media internet saytı sıradan çıxarılmışdı.
Bunların arasında ölkənin iki özəl telekanalı – Imedi və Maestro da vardı.
Prezident aparatının və bələdiyyələrin də serverləri hücuma məruz qalmışdı.
Bir çox hallarda bu saytlara girmək istəyənlər keçmiş prezident Mikheil Saakashvili-nin şəkilini və “Mən qayıdacağam” sözlərini görürdülər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?