GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İvanişvili Cuqaşvilinin yolu ilə gedir

İvanişvili Cuqaşvilinin yolu ilə gedir

Tarix: 16-12-2012, 13:29 Bölmə :Dünya Baxış: 678
İvanişvili Cuqaşvilinin yolu ilə gedir
Və ya “gürcü xəyalpərəstləri” əslində adi “Kreml ayaqaltılarıdır”

gundemxeber.az Gürcüstandakı son parlament seçkilərində rusiyalı milyarder B.İvanişvilinin “Gürcü arzusu” koalisiyasının qələbəsindən sonra ölkədə ötən əsrin 30-ci illərinin atmosferi yaranıb, anonim çuğulluq əsasında gecə həbsləri və uydurma ittihamlar üzrə amansız hökmlər həyat normasına çevrilib.
Görünür, B.İvanişvili və silahdaşları DTK üsullarını yaxşı mənimsəyiblər. İvanişvilinin yeni hökumətinin öz səlahiyyətlərini icraya başlayan kimi seçkiöncəsi vədlərini (gürcü iqtisadiyyatının gələcək inkişafı üçün təxirəsalınmaz tədbirlər, təqaüd və əməkhaqlarının bir neçə dəfə artırlması və ya Rusiya ilə iqtisadi-mədəni əlaqələrin bərpası və s.) gerçəkləşdirmək əvəzinə özlərinin yaxın keçmişdəki rəqiblərinin əleyhinə genişmiqyaslı təqiblərə başlamasını başqa cür izah etmək olmur. Yeni hökumətin ilk addımlarından biri xalqa müraciət etmək oldu: Saakaşvili adminstrasiyası üzvlərinin “cinayətkar fəaliyyəti” ılə bağlı faktları barədə məlumat verilməsini xahiş etdilər. Başqa sözlə, İvanişvili öz mənəvi atası Putinin üslubunda gürcüləri cuğulluğa çağırdı.
Çuğul olmaq istəyənlərin sayı da az olmadı, çünki Saakaşvili zamanında işdən kənarda qalan yüzlərlə, minlərlə korrupsioner, büdcə oğruları, əliəyrilər uzun illərdir qisas almağa hazırlaşırdılar. Və İvanişvili hakimiyyətə gələndə belə bir fürsət yarandı, onlar böyük məmnuniyyətlə Saakaşvili komandası üzvlərinə qarşı yalançı şahidliyə başladılar. Belə çuğulluqların ilk qurbanları keçmiş müdafiə naziri Baço Axalayi, Vahid Hərbi Qüvvələr Qərargahının rəisi Georgi Kalandadze və gürcü ordusunun 4-cü briqadasının komandiri Zurab Şamatova oldu.
Onlara qarşı irəli sürülən ittihamları absurd adlandırmamaq olmaz. Yeni hakimiyyətin ittihamlarının Axalayiyə, onun həbsxana departamenti rəhbəri qismindəki fəaliyyətinə aiddir. İstintaq materiallarına əsasən, Axalayi guya gürcü hakimiyyətinin fəal mübarizə apardığı kriminal avtoritetlərin sırasından olan məhsusları alçaldıb. İvanişvili hökumətinin “qanuni oğrulara” bu cür zərif qayğısı anlaşılandır, çünki o özü ağır keçən 90-cı illərdə məhz bu quldur dəstəsinin sayəsində çoxmilyardlı var-dövlət yığıb. İndi hakimiyyət Olimpinə qalxan İvanişvili öz dostlarına olan borcunu geri qaytarmaq istəyir.
Düzdür, çox tezliklə məlum oldu ki, şahidlərdən biri Manuçar Daraseliya, Axalayi əleyhinə yalan ifadə verməyə məcbur olub. Daraseliyanın sözlərinə görə, onu buna prokuror və polis əməkdaşları məcbur ediblər, hədələyiblər ki, əks halda onun özünü həbs edəcəklər.
Vahid Hərbi Qüvvələr Qərargahının rəisi Georgi Kalandadzeyə gəlincə, onu DTK-nın ən yaxşı ənənələrinə uyğun olaraq, gecə saat 3-də həbs ediblər, o, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Söhbət 2010-cu ildəki bir epizoddan gedir, o zaman Kalandadze səhər idmanından imtina edən əsgərlərə əmr vermişdi ki, fiziki məşq etsinlər. Necə deyərlər, şərhə ehtiyac yoxdur. Hüquq müdafiəçilərinin sözlərinə görə, 4-cü briqada böyük bir istintaq otağına çevrilib, orada hərbi qulluqçulardan Axaliya, Kalandadzevə Şamatava əleyhinə ifadə almaq üçün onlara təzyiq edirlər.
Eyni zamanda bu cür artıq çeynənmiş “cinayət işləri” üzrə hökmlərin asan qəbul olunması üçün Gürcüstanın yeni prokuroru Arçil Kbilaşvili hazırki hakimlərin səlahiyyətlərinin dayandırılmasını təklif edib ki, onları yeni hökumətə sadiq adamlarla dəyişdirsinlər. Yeri gəlmişkən, Kbilaşvili son zamanlaradək İvanişvilinin şəxsi vəkili idi və qan-tər içində dəfələrlə qanunu pozan, o cümlədən seçki kampaniyasında seçiçiləri satın almağa çalışan şefini təmizə çıxarmağa çalışırdı.
Fəaliyyətini bu yolla quran İvanişvili tezliklə öz sahibinə – Putinə gürcü ordusunun və hüquq-mühafizə orqanlarının iflası barədə raport verməyə çalışır. Mənə etiraz edilə bilər ki, İvanişvili rəsmən Avropaya inteqrasiya və NATO-ya üzvlük istiqamətini davam etdirəcəyinə vəd verib. Bunun təsdiqi kimi, o, ilk səfərini Brüsselə etdi.
Amma bu, hələ İvanişvilinin səmimiliyinin sübutu deyil. Əvvəla, postsovet Kremlinin başqa bir məşhur himayəçisi, Ukrayna prezidenti Yanukoviç də öz prezidentlik müddətinə Brüselə səfərdən başladı. Amma bütün bunların Ukrayna üçün necə nəticələndiyi göz önündədir. İkincisi, çox az adam bilir ki, bir zaman Stalin (Cuqaşvili) də – indi İvanişvili də dövləti onun üsulları ilə idarə eləməyə cəhd göstərir – NATO-ya daxil olmaq istəyini bəyan etmişdi. Məsələn, 25 avqust 1952-ci ildə Fransa səfiri L.Joksla görüş zamanı söhbət NATO-dan düşəndə Stalin üzünü Vışinskiyə tərəf tutaraq soruşmuşdu: “SSRİ” bu bloka qoşulmalı deyilmi?”. Bu, ironiya deyildi, Kreml liderinin gizli niyyəti idi. Axı 1951-ci il ərzində A.A.Qromıko dəfələrlə və rəsmən SSRİ-nin NATO-ya qoşulmaqda maraqlı olduğunu bəyan etmişdi. Amma artıq Stalinin ölümündən sonra, 1954-cü ilin martında Moskva hətta belə bir xahişlə rəsmən ABŞ, Fransa və Böyük Brataniya hökumətinə müraicət etsə də, mənfi cavab almışdı.
Bu kontekstdə İvanişvilinin Avropaya inteqrasiya və NATO-ya üzvlük barədə deklorativ bəyanatları heç kəsi aldatmamalıdır. Özü də o, gözəl anlayır ki, AB və NATO hələlik Gürcüstana qucaq açmaq arzusu ilə alışıb yanmır. Digər tərəfdən, unutmaq olmaz ki, Kreml İvanişvilini Avropaya inteqrasiya kursunu davam etdirməsi məqsədilə hakimiyyətə gətirməyib, o, Gürcüstаnın “vassal statusunun” bərpasını istəyir. Düzdür, gürcü hökumətinin bütün yaltaqlığına rəğmən, Kreml hələlik öz himayəsində olanların başını sığallamağa tələsmir, görünür, orada hələlik bu jest üçün fəaliyyətin yetərli olmadığını düşünürlər.
Bununla belə, İvanişvili məyus olmur və özünün yaramaz missiyasını davam etdirir ki, Kremlin “birinci kişisinin” yüksək etimadını doğrultsun. Düzdür, siyasi təqiblər arasındakı fasilələr zamanı o, öz cibinin də qayğısına qalır. Beləliklə, yeni hakimiyyətin ilk “nailiyyətlərindən” biri İvanişvilinin ötən ilin iyulunda seçiçilərin satın alınmasında ittiham olunarkən xəzinəyə ödədiyi 80 mliyon larinin (təxminən 50 mln. dollar) ona geri qaytarılması oldu. Halbuki, həmin vaxt cərimə ödəyərkən İvanişvili tələb edirdi ki, pullar qasırğadan ziyan çəkən Kaxetiya sakinlərinə sərf olunsun. Amma pullarını geri qaytaran İvanişvilinin nədənsə onları kaxetiyalıların ehtiyaclarına sərf eləmək istəyi hiss olunmur.
Bu arada İvanişvili KİV üzərində nəzarəti əldə etmək üçün fəal səylər göstərir. Dövlətin yaratdığı Gürcüstan İctimai Televiziyasında qəfil maliyyə yoxlamaları buna sübutdur. Halbuki planlı yoxlama bir neçə ay sonra – 2013-cü ildə aparılmalı idi. Bu məsələdə də İvanişvili şəxsi maraqlarından çıxış edir. Məsələ burasındadır ki, onun xanımı “Doqquzuncu kanal”ın sahibəsidir. Mətbuatın yazdığına əsaslansaq, İvanişvilinin xanımı bu yolla Gürcüstan İctimai Televiziyasını da ələ almaq istəyir.
Gürcüstanın yeni hökumətinin Azərbaycana münasibətinə gəlincə, burada da “Kremlin izi” açıq görünür. Məsələn, yeni Gürcüstanın energetika naziri Kaxi Kaladzenin bəyanatını necə yozaq? O bildirir ki, Gürcüstan Azərbaycandan elektrik enerjisi ixracını azaltmağı və Rusiya ilə bu sahədə əməkdaşlığı bərpa etməyi planlaşdırır. Görünür, futbol meydanından birbaşa nazir kreslosuna düşən bu gənc adam, hesab edir ki, ona Rusiya ilə bu məsələdə danışmaq İtaliya ilə razılaşdırılmış oyunların nəticələrini danışmaq kimi asan olacaq. Amma elə bu halda da Azərbaycan heç nə itirməyəcək. Əksinə, yeyənin biri azalacaq. Ümumilikdə isə, yeni hakimiyyətinin ilk addımları deməyə əsas verir ki, “gürcü xəyalpərəstləri” əslində adi “Kreml ayaqaltılarıdır”.

Aydın Balayev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gürcüstanda hərbi çevriliş həyəcanı

    Gürcüstanda hərbi çevriliş həyəcanı ...

    4-12-2012, 12:13

  • 
  • Təhsil naziri prezident olacaq

    Təhsil naziri prezident olacaq ...

    12-05-2013, 02:00

  • 
  • İvanişvilinin mühafizəçisi Gürcüstanın daxili işlər naziri oldu

    İvanişvilinin mühafizəçisi Gürcüstanın daxili ...

    26-01-2015, 20:30

  • 
  • Gürcüstan hökumətində ilk ciddi böhran

    Gürcüstan hökumətində ilk ciddi böhran ...

    24-01-2013, 10:38

  • 
  • Prezident çıxan kimi  o da siyasətdən gedəcək

    Prezident çıxan kimi o da siyasətdən gedəcək ...

    22-06-2013, 22:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu