Misirin keçmiş prezidenti Məhəmməd Hüsnü Mübarək 91 yaşında vəfat edib.
Sabiq prezidentin yaxınları onun ölümünü təsdiqləyib. Qeyd edək ki, Məhəmməd Hüsnü Mübarək 1928-ci ilin may ayının 4-də doğulub. 1981-ci ildə keçmiş prezident Ənvər Sədat islamçı silahlılar tərəfindən qətlə yetiriləndən sonra Hüsnü Mübarək ölkənin prezidenti olub. H.Mübarək 2011-ci ilə qədər dövlət başçısı postunu tutub. Həmin il “Ərəb baharı” adlandırılan kütləvi etirazlar nəticəsində istefa verib. Hüsnü Mübarək 2012-ci ildə ömürlük həbs cəzası alıb. O, yüzlərlə insanın qətlində təqsirli bilinib. 2017-ci ildə Misirin Ali Məhkəməsi keçmiş dövlət başçısına bəraət verib.
Sorğu
Yeni dizaynımız necədir?