VAŞİNQTON – Erkən hesablamalara əsasən, sabiq ABŞ Vitse-Prezidenti Co Bayden azı 7 ştatda , Vermont Senatoru və özünü “demokratik sosialist” kimi təqdim edən Berni Sanders isə 4 ştatda irəlidə gedir. “Super Tuesday” (Super Çərşənbə Axşamı) kimi tanınan gündə 14 ştatda partiyanın vahid namizədinin müəyyən edilməsi uğrunda ilkin seçkilər keçirilir.
Baydenin Virciniya, Şimali Karolina, Alabama, Oklahoma, Minnesota , Tenessi və Arkanzasda, Sandersin isə doğma ştatı Vermontda, Kolorado, Utah və Texasda qalib gələcəyi gözlənilir.
Baydenin son qələbələri ötən şənbə günü Cənubi Karolinada afro-amerikalıların geniş dəstəyi sayəsində qazandığı həlledici qələbənin ardınca baş verir.
Cənubi Karolinada olduğu kimi Virciniya ştatında da Baydenin afro-amerikalıların çoxluğunun səsini qazandığı aydın olur. Belə ki, CNN ekzit poluna əsasən onların 60 faizi Baydenə, 18 faizi Sandersə, cəmi 10 faizi isə sabiq Nyu York meri və milyarder Mayk Blumberqə gedib.
Yarışlara sonradan qatılan Blşumberq Super Çərşənbə Axşamında güclü göstəricilər sərgiləyir. Bir çox ştatlarda o, üçüncü ən çox səs qazanan namizəddir.
Sandersin ispandilli amerikalılaın və gənclərin güclü dəstəyi sayəsində nümayəndələr baxımdan ən zəngin Kaliforniya ştatında qalib gələcəyi ehtimal edilir.
Bəzi gözlənitlərə zidd olaraq, belə görünür ki, Super Çərşənbə Axşamının nəticələri hələ ki, Demokratların vahid namizədinin müəyyən edilməsində həlledici rol oynamayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?