ABŞ-da bu il keçiriləcək prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi üçün ilkin seçki (praymeriz) prosesi davam edir. APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə, Cənubi Karolina ştatında keçirilən praymerizdə demokratlar daxilində ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton zəfər qazanıb.
Məlumata görə, Nyu-Qempşir ştatında baş tutan praymerizdə Demokratlar partiyasının digər üzvü Berni Sanders lider olub.
Qeyd edək ki, Hillari Klinton bu vaxtadək keçirilən dörd praymerizdən üçündə qələbə qazanıb.
Bundan əvvəl respublikaçı Donald Tramp Nevadada keçirilən praymerizdə zəfər qazanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?