İranlı general «dünya müharibəsinə hazırlıq»dan danışıb
gundemxeber.az Suriyada baş verən son olaylardan ən çox rahatsız olan Tehran hakimiyyətidir. Bundan başqa Türkiyənin öz təhlükəsizliyini gücləndirməsi də İran İslam Respublikasını qıcıqlandırır. Ona görə ölkə rəsmiləri Ankaranın bu addımını çeşidli bəyanatlarla dəyərləndirirlər. NTV-nin məlumatına görə, İranın hərbi qüvvələri baş qərargahının rəisi Həsən Firuzabadi NATO-nun Türkiyədə «Patriot» sistemini yerləşdirməsini «dünya savaşına zəmin hazırlanması» kimi dəyərləndirib. «Patriot»ların hər biri dünya xəritəsində bir qara ləkədir. Bunlar dünya müharibəsinə hazırlıqdır.Yeni dünya müharibəsi üçün savaş planı cızırlar. Bu insanlığın, eyni zamanda Avropanın özü üçün təhlükəlidir»-deyə, iranlı general bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?