Türkiyədə xarici səfərdən qayıdan 31 millət vəkili özünü cəmiyyətdən təcrid edib.
Gundemxeber.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bildirib.
O, Türkiyə parlamentində koronavirusla bağlı tədbirlər haqqında açıqlamasında mart ayının əvvəlindən etibarən ölkə xaricinə çıxan və xarici səfərdən qayıdan bütün millət vəkilləri barədə məlumata malik olduqlarını bildirib: “Onların arasında Məkkəyə ümrə ziyarətinə gedən və ya oradan dönən deputatımız yoxdur. Özünü təcrid edən millət vəkillərimiz isə Avropadan yenicə dönüblər”.
Onların koronavirusa yoluxub-yoluxmaması hələ ki məlum deyil.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?