Türkiyə son bir həftədə 18 halı təsdiq etdikdən sonra koronavirusun yayılmasının qarşısını almaq üçün məscidlərdə kütləvi namazı dayandırdlğı kimi kafelər, idman və əyləncə mərkəzlərinin də fəaliyyətini müvəqqəti olaraq dayandıracağını bildirib.
"Bazar ertəsi gecə yarısından etibarən kafelərin, kinoteatrların, idman salonlarının bütün fəaliyyətləri dayandırılacaq" - deyə, Daxili İşlər Nazirliyi "ictimai istirahət və əyləncə yerlərində" virusun yoluxma riskinin artırdığını bildirib.
Nazirlikdən bildirilib ki, üzgüçülük hovuzları, konsert və şadlıq evləri, bəzi restoranlar da bağlanacaq, bütün fəaliyyət və toplantılar təxirə salınacaq.
Türkiyə məscidlərində kütləvi namazlar dayandırılsa da, Türkiyənin dini direktoratının rəhbəri Əli Erbas fərdi namazlar üçün ibadət yerlərinin açıq qalacağını deyib.
Türkiyədə cəmi 18 koronavirus halı müəyyən edilidiyini deyən səhiyyə naziri Fahrettin Koca bildirib ki, ötən həftə ilk virusa yoluxma halı qeydə alındıqdan sonra gündəlik yoluxmalar artır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?