Tehran Qasım Süleymaninin qətlinə görə Vaşinqtona cavab verib, amma bu cavab hələ bitməyib.
Bunu İran Prezidenti Həsən Ruhani deyib.
“Amerikalılar bizim böyük generalımızı qətlə yetiriblər. Biz bunu cavabsız qoymamışıq və qoymayacağıq. ABŞ heç vaxt İranın İraqdakı bazasına raket zərbələrini unutmayacaq.
Onlar ilk dəfə barbar səhvlərinə belə sürətli və qəti cavab aldılar. Onlar bizim xalqın müqavimətini qıracağını düşünürdülər, amma əksinə, müqavimət gücləndi”, – deyə o bildirib.//axar.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?