Rusiya Prezidenti Vladimir Putin koronavirusla bağlı vəziyyətlə xalqa müraciət edib. O, növbəti həftəni Rusiyada əmək haqqının saxlanması ilə qeyri-iş həftəsi elan edərək, "uzun bir həftə sonu" olacağını bildirib. Onun sözlərinə görə, yalnız dövlət rəsmiləri, banklar, apteklər, nəqliyyat və insanların həyatı üçün əhəmiyyətli olan digər müəssisələr işləyəcək. Rusiya prezidenti insanları evdə qalmağa çağırıb.
"Bütün bunlara təsadüfi yanaşmayaq" deyərək o vurğulayıb: "Bütün tövsiyələrə, nizam-intizama və məsuliyyətə əməl olunmalıdır. İnanın, indi ən təhlükəsiz şey evdə qalmaqdır. Vətəndaşlardan həkimlərin və rəsmilərin tövsiyələrinə diqqət yetirmələrini xahiş edirəm”.
Putin eyni zamanda, konstitusiya dəyişiklikləri ilə ümumxalq səsverməsinin təxirə salınmasını da təklif edib. Prezident xüsusi olaraq qeyd edib ki, Rusiyada vətəndaşların aldıqları bütün müavinət və ödənişlər, həmçinin koronavirusla əlaqədar yaranan mənzil-kommunal və digər müavinətlərin verilməsi avtomatik olaraq uzadılacaq.
Putin bütün həkimlərə göstərdikləri fədakarlığa görə "ürəkdən təşəkkür edib” və Rusiya iqtisadiyyatı və biznesə dəstək tədbirlərini açıqlayıb.
Xüsusilə işsizlik müavinətlərinin indeksləşdirilməsini irəli sürən Rusiya prezidenti 12 min rubldan yuxarı və 3 yaşına qədər uşaqları olan ailələrə 5 min rubl ödəməyi təklif edib. O, bu ödənişlərin, uşaqların uşaq bağçalarına getmədiyi ailələr üçün çox vacib olduğunu bildirib.
Putin iş yerlərini itirən və gəliri 30%-dən çox azalmış ruslar ödənişlərini vaxtında edə bilmədikləri üçün istehlak və ipoteka kreditlərinə “tətil" tətbiq etməyi təklif edib. "Əlbəttə, heç bir cəza olmadan" - deyə, o əlavə edib.
O bənzər bir "tətil”in kredit götürmüş fərdi sahibkarlara verilməli olduğunu da qeyd edib. Kiçik və orta biznes üçün Putin vergi ödənişlərinin altı aylıq təxirə salınmasını, daha böyük müəssisələr üçün isə eyni sosial ödənişlərin təxirə salınmasını elan edib. Kiçik müəssisələr üçün sosial müavinətlərin iki dəfə azaldılması təklif olunub - "lakin bir neçə ay deyil, uzun müddətlik."
Son 24 saat ərzində Rusiyada 163 yeni koronavirus infeksiyasına yoluxma qeydə alınıb. Ümumi yoluxanların sayı 658 nəfərə çatıb. Yeni yoluxma hallarının əksəriyyəti Moskvada qeydə alınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?