GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənistanda koronavirusa yoluxanların sayı 372-yə çatıb, bir nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 372-yə çatıb, bir nəfər ölüb

Tarix: 28-03-2020, 22:35 Bölmə :Dünya Baxış: 374
Ermənistanda koronavirusa yoluxanların sayı 372-yə çatıb, bir nəfər ölüb


Ermənistanda 28 mart, saat 10:00-a olan məlumata görə, 43 yeni koronavirusa yoluxma halları qeyd olunub. Ermənistan Səhiyyə Nazirliyi Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin məlumatına əsasən, beləliklə Ermənistanda kronavirusa yoluxma hallarının təsdiqlənmiş ümumi sayı 329-a çatıb.

Rəsmi statistikaya görə, bu günədək ölkədə Covid-19 virusuna 2172 test mənfi nəticə verib. Hazırda müalicədə olanların sayı 343 nəfər təşkil edir. 28 pasient sağalıb, xəstəxananı tərk edib.

Martın 26-da koronavirusa yoluxmuş 72 yaşlı bir qadının öldüyü bildirilib. Bu haqda öz Facebook səhifəsində Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoğosyan qeyd edib.

"Nork klinik yoluxucu xəstəliklər xəstəxanasında ölüm halı qeyd olunub. Koronavirus xəstəliyi olan 72 yaşlı pasiyent həmçinin ikitərəfli ağciyər iltihabı, poliorqanik çatışmazlıq, hipertoniya xəstəliyi və ürək ritminin pozulması kimi xəstəliklərdən əziyyət çəkirdi", - Alina Nikoğosyan yazıb.

"36 pasientimizin ağciyər iltihabı var. Onların ikisinin vəziyyətini həkimlər son dərəcə ağır qiymətləndirir. Onlar süni nəfəs aparatına qoşulublar, lakin hər ikisi də başqa xronik xəstəliklərdən əziyyət çəkir", - daha əvvəl Ermənistan səhiyyə naziri Arsen Torosyan öz Facebook səhifəsində qeyd edib.

Vəziyyətləri "son dərəcə ağır" qiymətləndirilən pasientlərdən biri ABŞ vətəndaşıdır, hər ikisinin yaşı 75-dən yuxarıdır və onlar başqa xronik xəstəliklərdən əziyyət çəkirlərmişlər. Bu barədə cümə axşamı günü növbəti Hökumət iclası zamanı Baş nazir Nikol Paşinyan məlumat verib.

O həmçinin daha bir xəstənin vəziyyətinin "ağır" kimi qiymətləndirildiyini qeyd edib.

Son məlumatlara görə, virusa yoluxanlar arasında 1 nəfər Fövqəladə Hallar Nazirliyinin xilasedici xidmətinin əməkdaşı da var. O, həyat yoldaşından yoluvub. Xilasedici ilə təmasda olan 11 FHN işçisi təcrid edilib, Yerevanda mətbuat konfransında Xilasetmə Xidmətinin rəhbəri, general-mayor Vrej Qabrielyan deyib.

Yerevanın küçələrində polis zirehli maşınları peyda olub

Koronavirusun yayılmasının qarşısını almaq məksədilə martın 16-dan aprelin 14-dək tətbiq edilən fövqəladə vəziyyət rejimi bir həftə müddətinə daha da sərtləşdirilib.

Martın 25-nə keçən gecədən Ermənistan ərazisində vətəndaşların azad hərəkət etmə hüquqları məhdudlaşdırılıb, fövqəladə vəziyyət qaydalarının pozulması üçün inzibati və cinayət cəza tədbirləri nəzərdə tutulur.

Ərzaq məhsulları istehsal edən və onların satış nöqtələrindən, aptek və tibb müəssisələrindən başqa bütün idarə və təşkilatlar bağlanır.

Bayırda bir yerdə 2 nəfərdən artıq toplaşmaq, taksi və fərdi avtomobildə sürücü ilə bir yerdə iki nəfərdən artıq adamın olması qadağan edilir.

Vətəndaşlar xüsu bildiriş vərəqəsi ilə mağazaya, aptekə, ehtiyacı olana baş çəkməyə və sairə yerlərə gedə bilərlər. Bundan başqa, bayıra çıxarkən pasport və ya şəxsiyyəti təsdiq edən hər hansı sənəd də olmalıdır.

Bildiriş vərəqələri əllə yazmaq və çap etmək olar. Bildirişdə vətəndaşın adı, atasının adı və soyadı, haradan haraya, saat neçədə çıxdığı və neçədə qayıdacağı göstərilməlidir.

Bir gün sonra həkimlər və öz vəzifəsini yerinə yetirən jurnalistlər üçün hərəkət məhdudiyyətləri ləğv edilib.

Yerevan sakinləri koronavirusla mübarizə edən həkimlərə minnətdarlığını nümayiş edir. Balkonlardan asılan lövhələrdə: "Yaşasın həkimlərimiz" və "Tibb işçilərinə təşəkkür"
Fövqəladə vəziyyət şərtlərinin yerinə yetirilməsinə polis nəzarət edir. Polis istənilən şəxsi saxlayıb, sənədlərini yoxlaya və sorğu edə bilər.

Tibb işçiləri yoluxub

Covid-19 virusu üç tibb işçisində də aşkarlanıb: təcili yardım sürücüsü və həkimində, daha əvvəl isə Yerevanın Nork yoluxucu xəstəxanasının tibb bacısında.

Səhiyyə naziri Arsen Torosyanın sözlərinə görə, bəzən tibb işçilərinin yoluxması qaçılmazdır. Onların virusdan qorunmaq üçün lazımınca təchiz edilməsinə baxmayaraq, onlar pasientlərlə daimi ünsiyyətdə olur və bəzən yoluxurlar, Yerevanda növbəti mətbuat konfransında Ermənistan Səhiyyə naziri deyib.

Hazırda hər üç tibb işçisi təcrid edilib və onların səhhəti və həyatına heç bir təhlükə yoxdur, Torosyan deyib.

Virus orduya müdaxilə edir

Ermənistan hərbi hissələrindən birində Covid-19 virusu ilə bağlı test nəticəsində 3 hərbçinin yoluxduğu aşkar olub. Bu barədə Yerevanda jurnalistlərə Ermənistan müdafiə naziri David Tonoyan məlumat verib.

Tonoyanın sözlərinə görə, daha əvvəl hərbçilərdən birinin ailə üzvündə koronavirus xəstəliyi müəyyən edilibmiş.

Sözügedən hərbçilər təcrid edilib, onların vəziyyəti məqbul qiymətləndirilir, birinin azacıq temperaturu var, nazir Tonoyan deyib.

Hərbçilərlə yaxın təmasda olan şəxslər nəzarətə alınıb, həmin hərbi hissənin daha 32 hərbçisi Covid-19 testi keçib.

Yerevanda Vernisaj bazarı boşdur, alıcılar gəlmir
Bir həftə əvvəlki vəziyyət

Ermənistan Səhiyyə Nazirliyinin 19 mart səhər saat 9-a olan məlumatına görə, Ermənistanda koronavirusa yoluxanların sayı 115 olub.

Yəni, bir sutka ərzində təsdiqlənmiş yoluxma hallarının sayı 37 nəfər (təxminən 47 faiz) artıb.

"Həkimlər bütün pasientlərin halını məqbul kimi qiymətləndirirlər. Epidemioloji analizin nəticələri göstərir ki, 99 yoluxma halı iki ilkin mənbə ilə bağlıdır", - Səhiyyə Nazirliyinin Facebook səhifəsində qeyd olunub. Bu, o deməkdir ki, əsas yoluxma mənbələri İtaliyadan gəlib oğluna nişan mərasimi keçirən eçmiadzinli qadın və adı aşkar edilməyən Yerevan müəssisələrindən birində bir neçə gün keçirmiş italiyalı mütəxəssis olub.

Daha əvvəl səhiyyə naziri Arsen Torosyan demişdi ki, yoluxma hallarının 18-i daha əvvəl təcrid edilən şəxslərdə aşkar edilib, pasientlərin 95 faizində xəstəlik əlamətləri yoxdur.

"Yəni, onların qızdırması olmayıb [karantinə yerləşdirilərkən], onlar diaqnozu təsdiqlənmiş digər şəxslərlə təmasda olub yaxud koronavirusun yayıldığı ölkələrdən gələnlərdir. İki pasientdə ağciyər iltihabı aşkar edilib, lakin, görünür, onlar da artıq sağalıblar. Karantinin əsas məqsədi infeksiyanın yayılmasını dayandırmaqdır", - nazir Torosyan Facebook-la canlı efirdə martın 17-də deyib.

Martın 17-dən Ermənistanda bir ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib. Aidiyyətli nazirlik və dövlət idarə nümayəndələrinin iştirakı ilə xüsusi qərargah (komendatura) yaradılıb. Komendaturaya baş nazirin birinci müavini Tiqran Avinyan rəhbərlik edir.

Adətən turistlərlə dolu Vernisaj bazarında tək-tük işsiz pensiyaçılara rast gəlmək olar

Karantin müddətində bir sıra məhdudiyyətlər tətbiq edilir, o cümlədən, koronavirusla bağlı məlumat mübadiləsi sahəsində. Bu barədə istənilən məlumat fövqəladə vəziyyət şəraitində fəaliyyət göstərən Birləşmiş İnformasiya Mərkəzinin məlumatına əsaslanmalıdır.

İnformasiya mərkəzi səhiyyə və başqa nazirliklər və müxtəlif dövlət idarələri nümayəndələrinin iştirakı ilə jurnalistlər üçün hər gün mətbuat konfransı keçirir, onların suallarına əyani və interaktiv surətdə cavab verir. Mətbuat konfransı birbaşa televiziya və internet vasitəsilə yayımlanır.

Xarici ölkələrdən qayıdan Ermənistan vətəndaşları öz mənzillərində təcrid olmalıdırlar, yoluxma simptomu hiss etdikdə qaynar xətt telefon nömrəsinə zəng etməlidirlər.

Komendant Tiqran Avinyanın qərarı ilə 16 ölkə vətəndaşlarının Ermənistana girişi qadağan olunub. Həmin ölkələdən yük daşıyan sürücülərə bu məhdudiyyət şamil edilmir.

Bu ölkələrdən qayıdan Ermənistan vətəndaşları dərhal 14 günlük karantinə yerləşdirilir.

Aviasiya şirkətləri Ermənistan istiqamətində uçuşları ləğv edib

Bu gün Yerevanın Zvartnots aeroportunda bu gədər adama rast gəlməzsiz. Aviasiya şirkətləri azı bir ay müddətinə fəaliyyətlərini dayandırıblar
Ermənistanda FV rejimi elan edildiyi ilə bağlı bir sıra aviaşirkət Ermənistan istiqamətində xidmətlərini müvəqqəti olaraq ləğv etdiklərini bildiriblər.

Bu siyahıya Ermənistanı və xarici ölkələri təmsil edən avia.irkətlər daxildir.

Beləliklə, İran istiqamətində həftədə 3 uçuş edən Armenia Airways aprelin 30-dək uçuşlarını dayandırır.

Həmin şirkət mart ayının sonuna və aprel ayının ortalarına qədər Anapa istiqamətində xidmətlərini ləğv edir.

Ryanair şirkəti İtaliyanın paytaxtı və Milan şəhərinə, "Armenia" şirkəti Tbilisi və Moskva, eləcə də İsrail və Fransa istiqamətində azından aprel ayının 8-dək uçuşlarını dayandırırlar.

Bundan başqa Qatar Airways, Belavia, Ural Airways, Air Cairo, Air Arabia, LOT Polish Airlines, Middle East Airlines, Beynəlxalq Ukrayna Hava yolları, Flydubai, SkyUp Airlines, Austrian Airlines, Brussels Airlines mart ayının sonunadək öz xidmətlərini dayandırırlar.

Yaranmış vəziyyətlə bağlı Ermənistan Mülki Aviasiya Komitəsi, "ləğv etmə qrafikləri mümkün qədər yeniləməyə" çalışacağını bildirir və "daima aviaşirkətlərlə əlaqədə olmağa" çağırır, Birləşmiş İnformasiya Mərkəzinin BBC Azərbaycancaya verdiyi məlumatında deyilir.

Bir çox Yerevan sakinləri ictimai yerlərdə maska taxır

Ermənistan Hökuməti koronavirusun yayılmasının qarşısnı almaq üçün 16 mart tarixi saat 18:30-dan aprelin 14-ü saat 17:00-dək ölkədə fövqəladə vəziyyət rejimi tətbiq etmək haqqında qərar qəbul edib və onun təsdiqlənməsi üçün Milli Məclisə göndərib.

Son rəsmi məlumatlara görə, hazırda Ermənistanda 30 koronavirusa yoluxma halı qeydə alınıb, 300-dən çox insan Ermənistanda koronavirusla bağlı fövqəladə vəziyyət rejimi elan edilibkarantində təcrid edilib.

Martın 1-dən karantində saxlanan, İrandan gəlmiş bir nəfər Ermənistan vətəndaşının artıq sağalıb karantini tərk etdiyi xəbər verilir.

Yoluxanların əksəriyyəti İrandan və İtaliyadan qayıdan və onlarla təmasda olan Ermənistan vətəndaşlarıdır. Onların çoxu İtaliyadan gəlmiş Eçmiadzin sakini olan qadının oğlunun nişan mərasimində iştirak edənlərdir.

Hökumət qərarı, qüvvəyə minməsi üçün Milli Məclis tərəfindən təsdiqlənməlidir. İş günü başa çatsa da, Ermənistan Milli Məclisi fövqəladə rejimdə qərarı müzakirə edəcək.

Yerevanda Vernisaj bazarı boşdur, alıcılar gəlmir

Fövqəladə vəziyyət rejimi haqqında
FV rejiminin gerçəkləşdirilməsi üçün yaradılan komendantlığa Baş nazirin müavini Tiqran Avinyan təyin edilib.

Komendantlığa həmçinin Baş nazir Aparatının rəhbəri, fövqıladə hallar naziri, səhiyyə, maliyyə, iqtisadiyyat, ərazi idarəetmə və infrastruktur nazirləri, polis rəhbəri, Milli Təhlükəsizlik Xidməti direktoru və bir sıra başqa idarə rəhbərləri daxildir.

Uzun mübahisələrdən sonra Ermənistan Hökuməti qərara gəlib ki, ölkənin yerüstü sərhədindən Ermənistan ərazisinə daxil olmaq icazəsi ölkə vətəndaşları və onların Ermənistan vətəndaşı olmayan ailə üzvlərinə; ölkəyə rəsmi səfərlə gələn, onları müşayiət edən şəxslər, diplomatlar və onların ailə üzvlərinə verilə bilər.

Yüksək epidemioloji təhlükəli hesab edilən ölkələrdən gələn Ermənistan vətəndaşı olmayan şəxslərə (diplomatlar, beynəlxalq təşkilat nümayəndələri və onların ailə üzvlərindən başqa) Ermənistan ərazisinə daxil olmaq qadağan edilir.

Bu ölkələrdə olan Ermənistan vətəndaşları "evə" martın 17-nə kimi qayıda bilərlər. Ondan sonra onların ölkəyə girişi qadağan olunur.

Ermənistan nazirlər kabineti ölkədə bir aylıq fövqəladə vəziyyət elan etmək qərarı qəbul edib
Ölkəyə daxil olan vətəndaşlar dərhal müayinədən keçirilir, lazım gələrsə, onlar xəstəxanaya qoyula, yaxud təcrid edilə bilər, o cümlədən, öz evində.

FV rejimi ərzində bütün uşaq bağçaları, təhsil ocaqları bağlanacaq. İctimai iaşə müəssisələri və iri alış-satış mərkəzlərinin fəaliyyəti qadağan olunur.

Mitinq, tətil və başqa 20 nəfərdən artıq insanın iştirakı ilə kütləvi tədbirlər qadağan olunur. Bütün səhiyyə müəssisələri səhiyyə nazirinin göstərişi əsasında fəaliyyət göstərməlidir.

Həmçinin, yeni yoluxma halları, xəstələrin səhhəti, yoluxma mənbəyi, yoluxan şəxslərin sayı, müayinədən keçən və təcrid edilən şəxslər haqqında və sair bu kimi məlumat dərc etmək qadağan olunur. Bu məlumat yalnız rəsmi mənbəyə - komendant tərəfindən verilən məlumata - istinadən dərc edilə bilər.

Penitensiar müəssisələrə və hərbi hissələrə baş çəkmək, bağlama ötürmək və görüşlər qadağan olunur. Hərbçilərin məzuniyətə buraxılması məhdudlaşdırıla bilər.

Əsas istehlak mallarının ixracatı (o cümlədən, Avrasiya İqtisadi İttifaqı ölkələrinə) iqtisadiyyat və səhiyyə nazirlərinin nəzarəti alrında baş tutmalıdır.

Eçmiadzin şəhərindən çıxan yollarda sərnişinlərin qızdırması ölçülür. Covid-19 virusuna yoluxanların əksəriyyəti bu şəhərdəndir
Fövqəladə rejim məhdudiyyətləri bir gün əvvəl Eçmiadzin şəhərində tətbiq edilib. Koronavirusla karantində saxlanan 30 nəfərdən 19 nəfəri bu şəhər sakinləridir.

Baş nazir Paşinyanın göstərişi ilə, bazar günündən, Eçmiadzindən çıxan 27 yoldan yalnız 3 yolu açıq olub və bu yollarda tibbi müayinə məntəqələri təşkil edilib.

Eçmiadzindən yalnız Aştarak, Masis və Yerevan istiqamətində gedən yollardan istifadə etmək olar. Şəhərin çıxışında tibb işçiləri sürücü və sərnişinlərin temperaturunu yoxlayırlar. 129 nəfərin qızdırması normadan yuxarı olub, onları evə "özünütəcrid etməyə" qaytarıblar.

Rusiya və Gürcüstanla ikihəftəlik məhdudiyyətlər
Ötən həftəsonu Gürcüstan və Rusiya baş nazirləri ilə telefon danışıqlarından sonra Nikol Paşinyan bu ölkələrlə Ermənistan arasında sərnişin daşımaların məhdudlaşdırılması və vətəndaşların öz ölkələrinə qayıtmasını təmin etmək haqqında razılığa gəliblər.

Eyni zamanda, yük daşıma prosesinin arası kəsilmədən davam etdirilməsi nəzərdə tutulur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

    Ermənistanda koronavirusdan ilk ölüm hadisəsi ...

    26-03-2020, 21:50

  • 
  • Koronavirus: İspaniyada ölənlərin sayı artdı, ABŞ saya görə Çini keçdi

    Koronavirus: İspaniyada ölənlərin sayı artdı, ABŞ ...

    27-03-2020, 16:55

  • 
  • Çində koronavirusa yoluxanların və ölənlərin sayı azalır

    Çində koronavirusa yoluxanların və ölənlərin sayı ...

    7-03-2020, 10:33

  • 
  • Ermənistanda ilk koronavirus halı qeydə alınıb, Avstraliya, Tailand ilk ölüm hallarını təsdiq edib

    Ermənistanda ilk koronavirus halı qeydə alınıb, ...

    2-03-2020, 10:30

  • 
  • Gürcüstanda koronavirusa yoluxma halları 38-ə çatdı

    Gürcüstanda koronavirusa yoluxma halları 38-ə ...

    18-03-2020, 11:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu