“Türkiyə səlahiyyətliləri sadəcə 70-ə yaxın erməni vətəndaşın öz ölkələrinə qayıtmasını təmin edib”.
Bu fikirləri Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan bildirib. H.Altınalan koronavirus infeksiyası ilə bağlı olaraq Türkiyənin Ermənistana yardım göndərəcəyi ilə bağlı mətbuatda yer alan xəbərə münasibət bildirərək, bu yardımın sadəcə insanlıq adına olduğunu qeyd edib. “Türk səlahiyyətliləri insani yardım olaraq, Türkiyədə yaşayan 70-ə yaxın erməni vətəndaşın Gürcüstan üzərindən öz ölkələrinə dönməsi təmin edib. Bundan başqa yardım yoxdur”, diplomat bildirib.
Qeyd edək ki, rəsmi İrəvanın Türkiyədən yardım istəməsinə Ankaradan müsbət reaksiya verilməsi barədə məlumatlar Azərbaycanda birmənalı qarşılanmayıb.
Sorğu
Yeni dizaynımız necədir?