ABŞ Senatının daxili təhlükəsizlik və hökumət işləri üzrə komitəsi koronavirus infeksiyasının meydana çıxmasının və yayılmasının səbəblərini, habelə Çin Xalq Respublikasının və Ümumdünya Səhiyyə Təşkilatının virusa qarşı mübarizədəki rolunun araşdırılması üçün irimiqyaslı təhqiqat başladıb. Bu barədə “Politico” nəşri komitnin sədri, senator Ron Consona istinadən yazıb.
Senator qeyd edib ki, komitə Birləşmiş Ştatların epidemiyaya niyə lazımi ölçüdə hazırlaşmadığının səbəblərini də araşdıracaq. Habelə onu ayrıd etməyə çalışacaq ki, nəyə görə əczaçılıq pereparatları və tibbi avadanlıqlar xaricdə hazırlanır. O cümlədən virusun əvvəlcədən Çində necə yayılmağa başladığı və Ümumdünya Səhiyyə Təşkilatının reaksiyası araşdırılacaq.
“Hər şey nədən başladı? Virus doğrudanmı heyvandan insana keçdi? Yaxud bu Çindəki labaratoriyada baş verdi?”,-Conson bildirib.
Onun sözlərinə görə, senator Rikk Skott Ümumdünya Səhiyyə Təşkilatının rolunun araşdırılması ilə məşğul olacaq. Hansı ki, təşkilat Çində koronavirusun yayılmasının erkən mərhələsində bu virus barədə dəqiq informasiyanı öyrənmək üçün praktiki olaarq heç nə etməyib.
Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo da koronavirus infeksiyasının yayılmasının və pandemiyaya çevrilməsinin səbəblərinin gələcəkdə hökmən araşdırılacağını bəyan etmişdi. Onun sözlərinə görə, Çin bu virus barədə informasiyanı vaxtında təqdim etməyib, epidemiyanın miqyası barədə məlumatları gizlədib.
Pompeo deyib ki, gələcəkdə bu virusu necə və harada başladığını araşdırmaq üçün hökmən qlobal debatlar təşkil edilməlidir. “Günahkarların məsuliyyətə cəlb olunmasının vaxtı gəlib çatacaq. Mən əminəm ki, bu baş verəcək”,-Pompeo bildirib.
Hazırda dünya üzrə koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçib, ölənlərin sayı isə 120 min nəfəri keçir. Virus dünyada hər gün minlərlə insanın həyatına son qoyur, ən ağır vəziyyət isə ABŞ-da hökm sürməkdədir. Bu ölkədə virusdan hər gün az qaal 2 min adam ölür.
Bu arada Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreisus bəyan edib ki, koronavirus daha əvvəl dünyada yayılan donuz qripindən azı on dəfə ölümcüldür. “Biz bilirik ki, COVİD-19 daha sürətlə yayılır və onu da bilirik ki, 2009-cu ildə yayılmış donuz qripindən azı on dəfə ölümcüldür”,-efiopiyalı doktor bildirib. O bir daha bəyan edib ki, virusun yayılmasının qarşısını almağın erkən aşkarlama, testlərin aparılması və təcrid, gigeyena və təmasların izlənilməsindən başqa effektiv yolu yoxdur.
2009-2010-cu illərdə yayılmış donuz qripinə dünyada 1.6 milyon yoluxm qeydə alınıb, onlardan 18 min 500 nəfərə yaxını ölüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?