Müdafiə Nazirliyi və yerli rəsmilərin bildirdiyinə görə, son iki gündə Əfqanıstanın şimal bölgəsində Tallibanla döyüşlər zamanı yerli və hökumətyönlü qüvvələrin 26 üzvü öldürülüb.
Bazar günü gecə Taliban döyüşçüləri Taxar vilayətinin Xvaca Qar bölgəsində Əfqanıstanın yerli qüvvələrinə hücum edib. Taxar qubernatorunun sözçüsü Məhəmməd Cavad Hicri Amerikanın Səsinə döyüşlərinin saatlarla davam etdiyini və hücumun yalnız dəstək qüvvələri gəldikdən sonra dəf edildiyini bildirib.
Müdafiə Nazirliyinin açıqlamasında öldürülənlərdən 17-nin Əfqanıstanın milli ordusundan fərqli, yerli ordunun üzvləri olduğu bildirilib. Rəsmi olaraq ordunun nəzarətindəki yerli qüvvə olan Əfqanıstan Milli Ordusunun Ərazilərdəki Qüvvələri 2018-ci ildə yerli əhalinin öz ərazilərini qorumaları məqsədilə yaradılıb.
Bu arada Bəlx vilayətinin rəsmiləri şənbə günü Talibanın Şulqra bölgəsində həyata keçirdiyi hücumun 9 nəfərin ölümü və 7 nəfərin yaralanması ilə nəticələndiyini bildirib.
Fevral ayında Talibanın Əfqanıstandakı müharibəyə son verməsi üçün ABŞ-la tarixi müqavilənin imzalamasından öncə bütün tərəflər bir həftə zorakılığın azaldılmasına razı olmuşdu. Ölkədə təhlükəsizliklə bağlı insidentlər xeyli azaldı. Əfqanıstan hökuməti və onun müttəfiqləri zorakılığın azaldılacağına ümid edirdi, lakin həftə başa çatdıqdan sonra Taliban hücumlarını davam etdirdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?