Türkiyənin Səhiyyə Nazirliyi koronavirus səbəbi ilə ölənlərin sayın son 24 saatda 119 nəfər artaraq 2259-a çatdığını açıqlayıb. Yoluxma sayı isə 4611 nəfər artaraq 95591-ə çatıb.
Səhiyyə naziri Fəxrəddin Qoca reanimasiyada müalicə olunan xəstələrin sayının 1865, respiratora bağlı xəstələrin sayının 1006, sağalmış xəstələrin ümumi sayının isə 14 min 918 olduğunu qeyd edib. O, bu barədə Twitter-də paylaşım edib.
Ümidsizliyin və depressiyaya düşməyin virusdan daha təhlükəli olduğunu deyən nazir ünsiyyət, məsafə və təcrid qaydalarına dair tədbirlərin davam etdilməsinin vacibliyi ilə bağlı xəbərdarlıq edib.
Gəldiyimiz nöqtədə üfüqi istiqamətdə hərəkət etməyə başladığımızı görürük. Bayramdan sonra normal vəziyyətə qayıtmağı hədəfləyirik", Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Ərdoğan Türkiyənin virusla mübarizə apardığını, epidemiyanın iqtisadi nəticələri baxımından İkinci Dünya müharibəsindən sonrakı ən böyük böhran olduğunu deyib.
Pandemiyanın gedişatında müsbət dinamikanın başladığını bildirən Ərdoğan Ramazan ayında tədbirlərə ən yüksək səviyyədə riayət etməklə bayramdan sonra ölkənin normal həyata keçidini hədəflədiklərini qeyd edib.
Prezident həmçinin əlavə edib ki, Türkiyənin digər ölkələrdən fərqi güclü səhiyyə infrastrukturu və lazım olan tədbirlərin vaxtında tətbiq olunmasındadır.
Ankaradakı Murat Erdi Eker ictimai xəstəxanasında COVİD-19-dan müalicə alaraq sağalan 47 yaşlı Zəki Bilim Amerikanın Səsinə müsahibəsində xəstəliklə bağlı özündə heç bir simptom olmadığını, lakin bir həmkarının testlərinin müsbət çıxması nəticəsində 13 gün xəstəxanada müalicə olunduğunu bildirib. Həyat yoldaşı Həcər Bilimin 9 gün xəstəxanada olduğunu söyləyən Zəki xəstəxanadan çıxdıqdan sonra evində də ən azı 14 gün karantində qalmalı olduğunu, ancaq sonra işə qayıda biləcəyini deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?