Aralıq dənizində 7 baldan yüksək zəlzələnin baş verməsini proqnozlaşdırırıq.
Bunu türkiyəli geoloq Atakan Yüklü deyib.
O bildirib ki, zəlzələyə görə bəzi şəhərlər risk altındadır:
“Antaliya, İsparta, Muğla və başqa şəhərlərdə zəlzələnin ciddi təsirlərini görə bilərik. Zəlzələ 7 baldan çox olacaq. Sahildə sunami təhlükəsi də gözlənilir. Zəlzələyə qarşı tədbirlər görmək lazımdır, vəziyyət ciddidir”.
Qeyd edək ki, bir qədər əvvəl Yunanıstanın Türkiyə sahillərinə yaxın Krit adasında 6,4 və 5,8 ballıq iki ardıcıl zəlzələ baş verib./axar.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?