Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca İstanbul küçələrində müşahidə olunan insan sıxlığına narazılığını bildirib.
GundemXeber.Az xəbər verir ki, nazir rəsmi tvitter hesabında İstiqlal küçəsində vətəndaşların toplu şəkildə yığışdığı fotonu paylaşaraq görüntülərin ürəkaçan olmadığını deyib.
“İstiqlal küçəsində bu gün yaxşı mənzərə görünmədi. Bir kadra bu qədər insanın düşməsi üçün çox tezdir. Gündəlik həyatdan hər şəkil Türkiyənin koronavirusla bağlı gündəlik vəziyyətinə uyğun olmalıdır. Evdə qalmağa çalışaq. Çölə çıxırıqsa maskadan istifadə edək, sosial məsafə qaydalarına riayət edək",- deyə F. Qoca vurğulayıb.
Qeyd edək ki, Türkiyədə bu günə qədər 129 min 491 nəfər koronavirusa yoluxub, 3520 nəfər xəstəlikdən vəfat edib. 73 min 285 nəfər isə sağalıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?