İranın yeni seçilmiş prezidenti Həsən Ruhani plagiatlıqda ittiham olunur.
Ruhaninin doktorluq dissertasiyasının bir hissəsinin digər bir müəllifin kitabından götürüldüyü iddia edilir.
İddiaya görə, prezidentin istifadə etdiyi həmin kitab İran Beynəlxalq İnstitutunun rəhbəri Məhəmməd Kamali tərəfindən yazılıb. Həmin kitabdan bir hissə Ruhaninin Qlazqo Kaledoniya universitetinin elmi şurasına təqdim etdiyi dissertasiyada yer alıb.
İfşaedici xəbərin müəllifi Behdad Morşedi ləqəbli jurnalist artıq Ruhaninin elmi dərəcədən məhrum edilməsi üçün petisiya hazırladığını bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?