GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Daha bir dövlət dağılır: ABŞ və Qərb siyasi liderlər arasında nifaq sala bilib

Daha bir dövlət dağılır: ABŞ və Qərb siyasi liderlər arasında nifaq sala bilib

Tarix: 22-06-2020, 19:34 Bölmə :Dünya Baxış: 745
Daha bir dövlət dağılır: ABŞ və Qərb siyasi liderlər arasında nifaq sala bilib


Qərb “Batka”ya dəstək verməklə, Rusiya prezidenti Vladimir Putinin 2024-cü il planlarını boşa çıxartmağa çalışırlar

Virus bütün dünyada iri addımlarla irəliləsə də, beynəlxalq siyasət poliqonunda maraqlar və onlardan qaynaqlanan qarşıdurmalar öz aktuallığını saxlamaqdadır.

Hazırda dünyanın yenidən bölüşdürülməsi prosesinin intensivləşdiyi də müşahidə edilir. Son olaylara əsasən Rusiyanın ətrafında önəmli beynəlxalq proseslərin cərəyan etdiyini söyləmək mümkündür.

Rusiyanı küncə sıxışdırmağa çalışırlar. Hətta Kremlin dünyadakı ən yaxın müttəfiqindən məhrum edilməsinə cəhd göstərildiyi də diqqətdən yayınmır. Belə ki, son vaxtlar Rusiya-Belarus münasibətləri maksimum həddə qədər gərginləşərək, kəskin ziddiyyətlərə yol açıb.

Amma Rusiya-Belarus ziddiyyətlərinin dərinləşməsində Kremlin atdığı son addımların da rolu mövcuddur. Hər şey iki ölkənin prezidentləri – Vladimir Putin və Aleksandr Lukaşenko arasında hələ 2018-ci ildə baş vermiş bir mübahisədən sonra başlandı.

A.Lukaşenko Kreml sahibinə Rusiyanın Belarusa təbii qazı çox baha qiymətə satmasından şikayətlənmişdi. V.Putin isə cavabında ona Belarusa satılan təbii qazın qiymətini Avropa ölkələrinin ödədiyi məbləğlə müqayisə etməyi məsləhət görmüşdü və onların arasında başqalarının da şahid olduğu ciddi mübahisə yaranmışdı.

Təbii ki, A.Lukaşenko xaraktercə üzüyola siyasi lider deyil. O, öz hədəflərində sona qədər getməyi xoşlayan dövlət başçısıdır. Ona görə də həmin mübahisədən qısa müddət sonra Belarus liderinin Kreml sahibinin məsləhətinə uyması heç kəsi təəccübləndirmədi.

O, açıqlama verdi ki, V.Putinlə mübahisədən sonra Rusiyanın Avropaya satdığı qazın qiymətləri ilə maraqlanıb: “Mənə dedilər ki, Rusiya Avropaya təbii qazı 65-70 dollar aralığında dəyişən qiymətlərlə satır. Belarus isə təbii qaz üçün Rusyaya 125 dollar ödəyir. Biz faşizmə qarşı ruslarla birlikdə vuruşmuşuq. Almaniyanın Rusiyadan cəmisi 70 dollara təbii qaz almasını özləri izah etsə, daha yaxşı olar”.

Rusiyanın cavabısa, daha konkret oldu. Belə ki, Kreml bu dəfə neft ixracı ilə bağlı “Vergi manevirləri” kimi tarixə düşən bir qərar qəbul etdi və 1 yanvar 2019-cu ildə qüvvəyə mindi. Buna qədər rüsumsuz neft alan Belarus həmin qərarın qüvvədə olacağı 2024-cü ilə qədər Rusiyaya əlavə 11 milyard dollar ödəmək məcburiyyətində qala bilər.

Məhz bu qərardan sonra iki dost ölkə arasında iplər qopma həddinə gəldi. Təbii ki, bu vəziyyət ABŞ və Qərbi məmnun etdi. Dərhal hərəkətə keçdilər. Belarusa Rusyanın satdığı qiymətlərdən daha ucuz neft təklif etdilər. Və “Batka” ləqəbli Belarus lideri Lukaşenko bu sərfəli təkliflə dərhal razılaşdı. Beləliklə, ABŞ nefti tankerlər vasitəsilə Belarusa ixrac edilməyə başlandı.

Buna paralel olaraq, həm Qərbdə, həm də Rusiyada “Batka”ya münasibət kəskin şəkildə dəyişdi. ABŞ və Qərb vaxtilə “Avropanın sonuncu diktatoru” adlandırdığı, müxtəlif sanksiyalar tətbiq etdiyi “Batka” ilə təmasları intensivləşdirdi. ABŞ və Qərbdən yüksək rütbəli emissarların Minskə səfərləri sıxlaşdı, münasibətlər istiləşdi.

Bunun əksinə olaraq, “Batka”nın Kremllə münasibətləri soyuqlaşdı. Kreml Belarusun əsas ticari ixrac sahəsi olan kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalına qadağalar qoydu. Rusiya KİV-ləri isə “Batka”nı ən sərt şəkildə hədəfə aldılar.

Bunun qarşılığında ABŞ və Qərb Rusiya bazarını itirmiş Belarusu vəziyyətdən çıxartmaq üçün Ukrayna variantını önə çıxartdılar. Belə ki, Belarus kənd təsərrüfatı məhsullarının Ukraynaya ixracı ilə bağlı anlaşmanı təmin etdi. Belarusun maliyyə-iqtisadi itkiləri nisbətən kompensasiya edilmiş oldu.

Bundan sonra “Batka” Kremllə konfrantasiyaya daha çox həvəs göstərdi. Hətta “Sizə qardaş dövlət Belarusu niyə hədəfə alıb” sualına əsəbi cavabdan özünü saxlaya bilmədi: “Hansı qardaş dövlət..? Ukraynanı deyirsinizsə, qardaşıq və heç bir problem yoxdur. Bizi tənqid edən Şərqdəki qonşumuzdur”.

Bu açıqlama “Batka”nın Kremlə hansı dərəcədə qıcıq olduğunu göstərir. Daha sonra KİV-lərdə hədəfə alınmasına verdiyi kəskin reaksiya isə narazılığın ciddiliyini təsdiqləyir. Belə ki, o, Rusiyanı əsas rəqibi olan ABŞ-ı tənqid etməkdən qorxmaqda qınayıb: “Bizi ağ-yuyub, qara sərirlər. Tənqid etmək üçün ABŞ da var. Niyə etmirlər? Çünki cəsarətləri çatmır... Nə etsələr də Rusiyanın qarşısında diz çökməyəcəyik”.

Göründüyü kimi, “Batka” Belarusu Kreml üçün ikinci Ukraynaya çevirməyə başlayıb. Son günlər Rusiyaya bağlı olan, Kremlə rəğbət bəsləyən nüfuzlu biznes və siyasət adamları həbs edilməkdədir. Belarusda bu, “Batka”nın Rusiya tərəfindən planlaşdırıla biləcək çevriliş planını qabaqlamaq niyyəti ilə izah olunur.

Bu baxımdan, vaxtilə A.Lukaşenkonun yaradılmasında xüsusi canfəşanlıq etdiyi Belarus-Rusiya İttifaqı (Bel-Ros) dövlətinin gələcək taleyi də ciddi suallar doğurmağa başlayıb. Belə ki, bəzi ehtimallar görə, bütün bu baş verənlər də elə “Bel-Ros”un ləğvinə hesablanıb.

ABŞ və Qərbdə hesab edirlər ki, V.Putinin 2024-cü illə bağlı əsas planları “Bel-Ros” üzərində qurulub. Ehtimallara görə, Kreml “Batka”nı hakimiyyətdə Rusiyanın təlimatlarını qeyd-şərtsiz yerinə yetirəcək şəxslə əvəzləməyə can atır. Bu, baş verərsə, Belarusun Rusiyaya inteqrasiyasının yolu açılar. Nəticədə V.Putin 2024-cü ildən sonra “Bel-Rus”un dövlət başçısı statusunda Rusiyanı beynəlxalq siyasət məkanında daha da güclənərək, təmsil edə bilər.

ABŞ və Qərb “Batka”nı dəstəkləyərkən, ilk növbədə bu ehtimalın qarşısını almağa çalışır. Hətta “Batka”nın heç qərbyönümlü siyasi liderlə əvəzlənməsi də ABŞ və Qərbə sərfəli deyil.

Çünki bu halda, Ukrayna böhranından daha böyük qarşıdurmanın yaranacağından, hətta hadisələrin Rusiyanın Belarusu işğal edə biləcəyinə qədər inkişafından ehtiyatlanırlar. Və Rusiya ekspertləri artıq Belarusla bağlı ən radikal addımların atılmasına hazırlığın vacibliyindən danışmağa başlayıblar.

Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb üçün əvəzolunmaz siyasi personaya çevrilməkdə olan “Batka”ya verilən dəstəyin son hədəfi “Bel-Ros”un dağıdılmasına hesablanıb. Və yaxın gələcəkdə bu, reallığa çevrilə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lukaşenko Rusiyanı hədələdi

    Lukaşenko Rusiyanı hədələdi ...

    11-01-2019, 11:46

  • 
  • Belarus prezidenti: “Biz Rusiya üçün uşaq deyilik”

    Belarus prezidenti: “Biz Rusiya üçün uşaq deyilik” ...

    22-04-2016, 00:25

  • 
  • Kremlin sözçüsü Əliyevlə Putinin görüşü barədə

    Kremlin sözçüsü Əliyevlə Putinin görüşü barədə ...

    1-09-2018, 11:57

  • 
  • Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib

    Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti ...

    9-04-2017, 23:24

  • 
  • Türkiyə və Rusiya prezidentləri arasında görüş başlayıb

    Türkiyə və Rusiya prezidentləri arasında görüş ...

    17-09-2018, 16:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu