Əgər tərəflər neft sferasında vergi manevrləri barədə razılığa gələ bilməsə Rusiya qərb istiqamətində Belarusun qismində yeganə müttəfiqini itirə bilər. Bu hədə ilə Belarus prezidenti Aleksandr Lukaşenko hökumətin iclasında çıxış edib.
Lukaşenko qeyd edib ki, Rusiya ilə neft sahəsində razılaşmanın olmaması ölkə üçün fəlakət olmayacaq. “Əgər Rusiya rəhbərliyi belə yol seçirsə və qərb istiqamətindəki yeganə müttəfiqlərini itirmək istəyirsə bu onların seçimidir. Biz onları məcbur edə bilmərik”-o deyib.
Belarus lideri hökuməti Rusiyanın neft sahəsində vergi manevrlərindən ölkənin itirdiklərini kompensasiya etmək üçün başqa “etibarlı mənbələr” tapmağa çalışıb. Bildirib edib ki, ölkə üçün əlavə 400 milyon dollar qazanmaq problem deyil. Bu, Rusiyanın Belarusa satdığı neftin ixrac vergisini artırmasına görə ödənilməli olan əlavə vəsaitdir və tərəflər neçə vaxtdır həmin məsələ ilə bağlı gərgin danışıqlar aparır.
Lukaşenko ötən ilin dekabrında demişdi ki, Rusiyanın neft sahəsində vergi manevrləri üzündən Belarus yaxın illərdə 10.5 milyard dollar itirə bilər. O, gileylənib ki, Moskva Minskə kompensasiya ödəmək istəmir.
* * *16:04
Belarus və Rusiyanın vahid dövlətdə birləşməsi məsələsi gündəmdə deyil.
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko hökumətin iclası zamanı deyib.
A.Lukaşenko bildirib ki, bu məsələ Rusiya prezidenti Vladimir Putinlə də müzakirə olunub: “Biz Rusiya prezident ilə birmənalı şəkildə müəyyələşdirdik ki, Belarus və Rusiyanın birləşməsi məsələsi gündəmdə yoxdur”.
Trendin məlumatına görə, Belarus prezidenti əlavə edib ki, iki dövlətin ittifaqı yalınız bərabərhüquqlu əsasda inkişaf edə bilər./Virtualaz.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?