BMT hesabatını doktor Emma Fulu hazırlayıb. O, zorlamanın səbəblərini də araşdırıb. Fulu deyir ki, birinci səbəb odur ki, “kişilərin fikrincə, onların seksə haqqı var, qadının razılığının əhəmiyyəti yoxdur”.
İkinci səbəb əyləncədir. Fulu: “onlar bunu ona görə ediblər ki, bu, əyləncəlidir ya da onlar darıxırlarmış, özlərinə əyləncə axtarırlarmış”.
Üçüncü səbəb qadını cəzalandırmaq olub.
Dördüncü səbəb, alkoqoldur. Fulu deyir ki, səbəblər arasında sərxoşluğun axırıncı yerdə olması isə onun üçün gözlənilməz olub.
Fulunun sorğuda ortaya çıxardığı bir səbəb də maraqlıdır.
Məlum olub ki, hansı kişi ki, uşaqlıqda seksual təcavüzə məruz qalıb, onun özü böyüyəndə çox böyük ehtimalla kimi isə zorlayır.
Papua Yeni Qvineyada kişilərin 60 faizinin nə vaxtsa zorlamada iştirak etməsi kimi çox yüksək göstəricini də burda sorğunu keçirən professor Rachel Jewkes bu regionun məhz zorakılıq tarixçəsi ilə izah edir.
Sorğu Papua Yeni Qvineyanın Bougainville regionunda keçirilib. Bu regionda 1980-cı illərdən 2005-ci ilə kimi dağıdıcı konfliktlər olub.
Jewkes: “Biz ruhi sağlamlığa baxsaq, burda post-travmatik stressin, o cümlədən nəzarət oluna bilməyən agressiyanın dağıdıcı rolunun nə qədər yüksək olduğunu görə bilərik.”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?