ABŞ prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkiqabağı qərargahının başçısı Bred Parskalı tutduğu vəzifədən azad edib.
Məlumatı İsrail KİV-i yayıb.
Bildirilib ki, onun yerinə müavini Bill Stepyon təyin ediləcək.
Məlumata görə, sonuncu sorğularda D.Trampın reytinqinin düşdüyünü məlum olub. Buna səbəb olaraq pandemiya nəticəsində itkinin çox olması, irqi ayrı-seçkilik göstərilir. Hətta respublikaçıların daha çox səs qazandıqları Texas ştatında Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydenlə D.Tramp rəy sorğusunda bərabər səs qazanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?