GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənilərin Gürcüstandakı azərbaycanlılara qarşı yeni qarayaxma kampaniyası

Ermənilərin Gürcüstandakı azərbaycanlılara qarşı yeni qarayaxma kampaniyası

Tarix: 28-07-2020, 17:52 Bölmə :Dünya Baxış: 358
Ermənilərin Gürcüstandakı azərbaycanlılara qarşı yeni qarayaxma kampaniyası


2020-ci ilin iyulun 26-da Ermənistanın Aliq Media İnformasiya Agentliyinin jurnalisti Norayr Qasparyan Armeniasputnik İnformasiya Agentliyinin müxbirinə, guya azərbaycanlıların Gürcüstanın Sadaxlı kəndində erməniyə hücum etməsinə dair yalan məlumat vermişdir.

Norayr Qasparyanın sözlərinə görə, guya azərbaycanlılar tərəfindən döyülən həmin şəxs onun dostu olmuşdur. Hazırda guya münaqişənin bitdiyini və zərərçəkən tərəfin polisə ifadə verdiyini qeyd edən Qasparyan, hadisənin baş vermə səbəblərinin məlum olmadığını bildirmişdir.
Qeyd etmək lazımdır ki, Norayr Qasparyan daha əvvəl də feysbuk sosial şəbəkəsində, saxta “məzlum erməni” obrazını yaratmaq üçün özünün guya azərbaycanlılar tərəfindən döyülməsinə və qaçmasına dair dezinformasiya xarakterli məlumat yaymışdır. Bir qayda olaraq özlərini yazıq kimi qələmə verməyə çalışan ermənilər, iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı xarici ölkələrdəki həmvətənlərimiz tərəfindən keçirilən aksiyaların qarşısını almaq üçün dinc həmvətənlərimizə qarşı ifrat aqressivlik nümayiş etdirərək təxribatçı əməllərini həyata keçirirlər.

Ermənilərin Gürcüstandakı azərbaycanlılara qarşı yeni qarayaxma kampaniyası


Belə ki, ermənilər Fransada, Böyük Britaniyada, İsveçdə, Polşada, Avstraliyada, ABŞ-da, Niderlandda və Belçikada həmvətənlərimizə qarşı psixoloji və fiziki zorakılığa əl atırlar. Həmvətənlərimizə xəsarət yetirmək məqsədilə erməni diasporunun üzvləri, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına və azərbaycanlıların dinc aksiyalarına qarşı cinayət məsuliyyəti doğuran təxribatlara əl atırlar.
Bu gün Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artması və müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsi, dünyadakı anti-Azərbaycan qüvvələrini ciddi şəkildə narahat edir. Ona görə də onlar dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycanın dinc əhalisinə qarşı kütləvi şəkildə hücumlar təşkil edərək, əsassız ittihamlar irəli sürərək, sosial şəbəkələrdə saxta profillər yaradaraq, saytlarda dezinformasiya xarakterli məlumatları yayaraq öz əməllərini ört-bastır etməyə, azərbaycanlıları isə günahkar kimi qələmə verərək dünya ictimaiyyətini aldatmağa çalışırlar. Lakin el arasında belə bir məsəl vardır: - Yalan ayaq açar amma yeriməz. Bu baxımdan qeyd etmək lazımdır ki, erməni lobbisinin səylərinə baxmayaraq, ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəlişin qəbul edilməsi ölkəmizin artıq Ermənistan üzərindəki siyasi-diplomatik qələbəsindən xəbər verir. Mühüm əhəmiyyəti olan həmin layihənin müəllifi konqresmen Stiv Şabot olmuşdur. Qəbul edilən 296 saylı düzəlişdə Azərbaycanın və digər 3 ölkənin ərazilərinin qeyri-qanuni işğal faktı təsdiqlənmişdir. Onu da qeyd etmək istəyirik ki, erməni lobbisinin “Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsinə, Azərbaycanın əleyhinə bir neçə düzəlişin edilməsinə dair çalışmasına baxmayaraq həmin düzəlişlər qəbul edilməmişdir. Erməni lobbisinin uğursuzluğu, Daşnak partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) ciddi çaşqınlığına və məyusluğuna səbəb olmuşdur.
Ermənistanın məhz diplomatik sahədəki məğlubiyyəti, ABŞ-ın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında erməni ünsürünün fəallaşmasına və həmvətənlərimizə xəsarət yetirməsinə səbəb oldu. Şübhəsiz ki, ermənilər kütləvi hücumlarla azərbaycanlıları özündən çıxararaq haqq yolundan döndərməyə və beləliklə də dünya ictimaiyyətinin qarşısında haqsız vəziyyətə salmağa çalışırlar. Belə bir məqamda isə düşmənin fitnəsinə uymaq olmaz. Bu baxımdan qeyd etmək lazımdır ki, sözügedən məsələ ilə bağlı birinci vitse-prezidentimiz Mehriban Əliyeva dünya azərbaycanlılarına müraciət etmişdir. Həmin müraciətdə deyilir: “Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır”.
Baş verən hadisələr dünyaya, əslində Ermənistanın necə işğalçı və təcavüzkar bir dövlət olduğunu göstərdi ki, bu da ermənilərin məqsədyönlü şəkildə “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətdən qaynaqlanır. Qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı yürütdüyü faşist ideologiyası, dövlət terrorizmi, soyqırımı və etnik təmizləmə siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısındadır. Bundan əlavə bu gün Ermənistanda sosial-iqtisadi böhranın olması, insanlara qarşı gücün tətbiq olunması, qan tökülməsi, məhkəmə qərarı olmadan insanların həbs olunması, İctimai kanalın özbaşına olaraq ələ keçirilməsi, eləcə də sabitsizliyin və xaosun baş alıb getməsi də göz qabağındadır.
Sonda onu qeyd etmək istəyirik ki, dünya birliyi, Ermənistan rəsmilərini beynəlxalq birliyin iradəsinə tabe etdirməklə, ermənilərin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini kobud şəkildə pozan, hüquqa zidd addımlarının qarşısını qətiyyətlə almalıdır.

Kamal Salayev,
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • General Qasparyan: “Mart hadisələri zamanı Azərbaycan ordusu fəallaşmışdı...”

    General Qasparyan: “Mart hadisələri zamanı ...

    23-04-2019, 14:37

  • 
  • Sərxoş erməni əsgərləri azərbaycanlıların yaşadığı kəndə hücum edib

    Sərxoş erməni əsgərləri azərbaycanlıların ...

    9-07-2013, 12:09

  • 
  • Ermənistan informasiya müharibəsinə keçdi

    Ermənistan informasiya müharibəsinə keçdi ...

    1-08-2014, 19:01

  • 
  • Müdafiə Nazirliyi: Ermənilərin yaydığı məlumat yalandır

    Müdafiə Nazirliyi: Ermənilərin yaydığı məlumat ...

    13-04-2018, 16:21

  • 
  • Müdafiə Nazirliyi: Azərbaycana məxsus PUA-nın vurulması xəbəri dezinformasiyadır (YENİLƏNİB)

    Müdafiə Nazirliyi: Azərbaycana məxsus PUA-nın ...

    25-09-2019, 17:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu