GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil” - “Əl-Muraqib əl-İraqi”

“Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil” - “Əl-Muraqib əl-İraqi”

Tarix: 4-08-2020, 11:52 Bölmə :Dünya Baxış: 522
“Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil” - “Əl-Muraqib əl-İraqi”


“Vaxtilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi region ölkələrinə təsiri, bölgədə maraqları olan qüvvələr üçün fürsət idisə, indi vəziyyət əksinə, onların özü üçün təhlükəyə çevrilib”.

İraqın “Əl-Muraqib əl-İraqi” nəşrində Azərbaycan-Ermənistan arasında yaşanan son hərbi toqquşmalara həsr olunan məqalədə belə deyilir.

“Unudulmuş problem: Ermənistanla Azərbaycan arasındakı “dondurulmuş münaqişə” yenidən qızışır” sərlövhəli məqalənin müəllifi Mötəzz Muhy Əbdülhəmidin fikrincə, Rusiya münaqişənin həllində maraqlı deyil və bu səbəbdən də gərginlik nəzarətdən çıxmır.

Məqalənin tərcüməsini təqdim edirik.

Ermənistan ordusunun Azərbaycanın iki ölkənin sərhədində yerləşən Tovuz rayonuna ağır silahlardan da istifadə ilə hücumu dünyanın gündəmini gözlənilmədən dəyişib. Beləliklə, regional müharibə ssenarisi yenidən gündəmdədir.

İyulun 12-dən 15-dək davam etmiş toqquşmalar nəticəsində hər iki tərəf itkilər verib. Azərbaycan əks-hücumla Ermənistanın mövqelərini atəşə tutub. Azərbaycan tərəfinin məlumatına görə, bir neçə gün davam etmiş toqquşmalarda hər iki tərəfdən onlarla insan həyatını itirib.

Ermənistan Azərbaycan ərazisinin 20%-ni – Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu, o cümlədən Ağdam və Füzuli rayonlarının böyük hissəsini 1992-ci ildən işğal altında saxlayır.

Beynəlxalq reaksiya

Ermənistanın Azərbaycana son hücumuna ən sərt reaksiyanı Türkiyə verib. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın əməllərini pisləməklə yanaşı, işğalçı dövləti beynəlxalq hüquqa hörmətlə yanaşmağa, işğal etdiyi torpaqlardan çıxmağa çağırıblar. Üstəlik, onlar Azərbaycanın torpaqlarını işğaldan azad etmək işinə bütün imkan və vasitələrlə dəstək olacaqlarını deyiblər.

Bunun ardınca baş verənlərə digər dövlət və beynəlxalq təşkilatların da reaksiyası eşidilməyə başlayıb. Məsələn, Rusiya tərəfləri atəşkəsə riayət etməyə çağırıb, lazım gələrsə, vasitəçiliyə hazır olduğunu bildirib. ABŞ ilə Böyük Britaniya da tərəfləri təmkinli olmağa dəvət edib.

Ermənistanın hücumlarını kəskin pisləyən daha bir dövlət Pakistan olub. İran isə itkilərə görə təəssüfünü ifadə etib, tərəfləri atəşi dayandırmağa çağırıb, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bildirib.

Ukranya və Moldova tərəfləri təmkinli olmağa səsləyib, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini bildiriblər. Onların bəyanatlarında deyilir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistandan Azərbaycan torpaqlarının işğalına son qoyulmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri yerinə yetirilməlidir.

BMT, Avropa İttifaqı, ATƏT, NATO, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (bu qurumda Ermənistan da yer alır) kimi qurumlar da iki dövlətin sərhədində atəşkəsin pozulmasından narahatlıq ifadə ediblər.

“Dondurulmuş münaqişə”

Regionun tarixini, hadisələrin gedişini, atəşkəs mərhələsini və ondan sonra gələn “sülh prosesi”ni bilənlər üçün Ermənistanla Azərbaycan arasında toqquşmalar gözlənilməz deyil. 1992-ci ildə döyüşə daha hazırlıqlı olmuş Ermənistan (o, ASALA terror təşkilatı tərəfindən dəstəklənir, olduqca miqyaslı hərbi, iqtisadi və diplomatik dəstək alırdı) o zaman Azərbaycan ərazisinin təxminən 20%-ni işğal edib. BMT TŞ başda olmaqla, çoxsaylı beynəlxalq təşkilatların bu işğalı pisləyən, işğala qeyd-şərtsiz son qoyulmasını tələb edən qətnamələri var. Lakin Ermənistan bu qətnamələrə məhəl qoymur. Üstəlik, tərəflər arasında hələ 1994-cü ilin mayında atəşkəs sazişi imzalansa da, o, bu razılaşmaya da riayət etmir.

Konkret olaraq, Tovuza hücuma gəlincə, Ermənistan bununla guman ki, yeni ərazilər tutacağını, Azərbaycana təhlükə yaratmaqla Bakını təzyiq altında saxlayacağını düşünüb. Lakin bu regionda maraqları, ona təsir imkanları olan bütün mühüm güclər tərəfləri dərhal sakitliyə çağırıb.

Bundan başqa, Ermənistanın Azərbaycan torpaqlarını işğalı keçmiş Sovet coğrafiyasının bir çox digər problemləri kimi, “dondurulmuş münaqişə” kimi təqdim olunur. Lakin Rusiyanın Gürcüstana 2008-ci ilin avqustundakı hərbi müdaxiləsi “dondurulmuş münaqişə”lərin əslində, böyük təhlükə mənbəyi olduğunu bir daha təsdiqləyib.

Ötən illər ərzində beynəlxalq vasitəçilərin köməyilə problemin həll ediləcəyinə ümidlər bəslənirdi. Lakin maraqlıdır ki, son illərdə böyük itkilərlə nəticələnmiş toqquşmalar ya tərəflər arasında növbəti danışıqlar əsnasında, ya da ondan dərhal sonra baş verir. 2010-cu ilin iyununda da belə olub, 2014-cü ilin avqust və noyabrında da, 2015-ci ilin dekabrında da. Son dövrlərdə vəziyyət bir qədər sabitləşsə də, gərginlik yenidən pik həddə çatıb. Bunadək tərəflər arasında ən ciddi toqquşma (1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra) 2016-cı ilin aprelində baş vermişdi. O zaman Azərbaycanın erməni təxribatına cavabı sonuncunun böyük itkilər verməsilə nəticələnmiş, Azərbaycan torpaqlarının bir hissəsini işğaldan azad etmiş, bununla da az qala 30 ildir davam edən müharibədə ilk dəfə olaraq psixoloji üstünlük qazanmışdı. Bu, Ermənistanla yanaşı, onu dəstəkləyən qüvvələrdə də ciddi narahatlıq yaratmışdı.

Bir sözlə, əslində 1994-cü ildə bağlanmış atəşkəs sazişindən sonra da tərəflər arasında toqquşmalar tam dayanmayıb. Tərəflər hər dəfə atəşkəsi pozmaqda bir-birini ittiham edir. Lakin indi bir şey var ki, Azərbaycan 1990-cı illərin əvvələrilə müqayisədə, hərbi, iqtisadi və diplomatik baxımdan daha güclüdür.

Ermənistanın Tovuza təcavüzünün səbəbləri

Azərbaycan torpaqlarının erməni işğalı altında qalmasını beynəlxalq hüququn pozulması hesab edir. Əslində, Bakının Ermənistanla müqayisədə hərbi, diplomatik, iqtisadi və digər üstünlükləri bu işğala son qoyulması ilə nəticələnməlidir. Başqa sözlə, Azərbaycanın lazım bildiyi anda torpaqlarını işğaldan azad etmək üçün həm hüququ, həm də qüdrəti var. Üstəlik, BMT Nizamnaməsinin 51-ci maddəsi ona özünü müdafiə etmək hüququ da verir.

Ermənistan bütün bunların fərqindədir və vəziyyətin belə davam etməsinin onun üçün riskli olduğunu anlayır. Odur ki, Azərbaycana qarşı təxribat törətməklə, münaqişəyə üçüncü tərəfi, konkret desək, Rusiyanı cəlb etməyə çalışır. Yerevanın Azərbaycanla dövlət sərhədində yerləşən, strateji enerji layihələrinin keçdiyi Tovuz rayonuna hücumu bəlkə də bundan qaynaqlanıb.

Ermənilərin bu əməlinin daha bir səbəbi onun 2016-cı ilin aprel döyüşlərinin nəticələrini unutdurmaq, həmin hadisənin mənfi psixoloji təsirini aradan qaldırmaq, başqa sözlə, daxili siyasətə hesablanmış gediş də ola bilər.

Bəzi ekspertlər burada söhbətin hansısa yüksəkliyin işğalı planından getmədiyini düşünür. Onların fikrincə, məqsəd Avropaya uzanan neft-qaz kəmərlərinin keçdiyi Tovuz rayonunun böyük hissəsinin ələ keçirilməsi ola bilərdi. Yeri gəlmişkən, Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-ın vitse-prezidenti də buna eyham vurub. O, hesab edir ki, son təcavüzə xüsusilə Qərbə uzanan neft-qaz kəmərlərini, magistral yolu ələ keçirmək cəhdi kimi baxmaq lazımdır. Vitse-prezidentin fikrincə, hücumun Azərbaycan qazının Avropaya nəqlinə başlamasına az vaxt qalmış baş verməsi təsadüf deyil.

Əslində Ermənistan özü də dəfələrlə Azərbaycanın neft infrastrukturunu, regionda ən böyük su anbarı olan Mingəçevir su anbarını, oradakı elektrik stansiyasını vura biləcəyinə dair hədələr səsləndirib.

Bundan başqa, Yerevan Avropa İttifaqı ilə əlaqələrini möhkəmləndirmiş, Brüssellə tərəfdaşlıq sazişini razılaşdırmış Azərbaycanı müharibəyə cəlb etməklə, onun beynəlxalq arenada artan imkanlarına da zərbə vurmağa çalışa bilər. Bu qarşıdurmada Rusiyanın Ermənistana hərbi dəstək verdiyi məlumdur. Yeri gəlmişkən, Dağlıq Qarabağ münaqişəsi Rusiya üçün Qafqaz regionundakı vəziyyəti nəzarətdə saxlamaq vasitəsidir. Odur ki, Moskva bu münaqişənin tam həll edilməsində o qədər də maraqlı deyil. O, bu cür mühüm “alət”i itirmək istəmir.

Son toqquşmaların daha da genişlənərək nəzarətdən çıxmamasına gəlincə, bunun mühüm səbəblərindən biri yəqin ki, tərəflərdən birinin digəri üzərində tam üstünlük qazanmasının Rusiyanın maraqlarına uyğun olmamasıdır.

Türkiyənin mövqeyi

Türkiyənin məsələyə kifayət qədər sərt reaksiyası vəziyyətin “nə hərb, nə sülh” şəklində qalmasını istəyənlər, xüsusilə Ermənistan və ona hərbi dəstək verən xarici qüvvələr, nizamlama prosesinin uğursuzluğa düçar olmasına çalışanlar üçün ciddi siqnal olub. Ankaranın iyulun 12-də başlamış toqquşmalardan dərhal sonra verdiyi bəyanatlar hərbi, diplomatik və iqtisadi qüvvələr balansının Bakının xeyrinə dəyişdiyini bir daha təsdiqləyib. Vaxtilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi region ölkələrinə təsiri, bölgədə maraqları olan qüvvələr üçün fürsət idisə, indi vəziyyət əksinə, onların özü üçün təhlükəyə çevrilib. Başqa sözlə, artıq “nə hərb, nə sülh” vəziyyəti Cənubi Qafqaz regionunun problemlərindən yararlanan qüvvələr üçün faydalı deyil.

Hər halda, Ermənistanla Azərbaycan arasında geniş müharibənin alovlanması regionun Rusiya, Türkiyə və İran kimi böyük gücləri üçün əlavə yük olar, nəticədə onların diqqəti, məsələn, Suriya və Liviya kimi bölgələrdəki maraqlarından yayına bilər./Ovqat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan-Ermənistan sərhədində yenidən vəziyyət gərginləşib

    Azərbaycan-Ermənistan sərhədində yenidən vəziyyət ...

    13-07-2020, 16:00

  • 
  • Müdafiə Nazirliyi: Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir

    Müdafiə Nazirliyi: Azərbaycan-Ermənistan ...

    13-07-2020, 11:47

  • 
  • Moskva Qarabağ münaqişəsini həll edə biləcəkmi?

    Moskva Qarabağ münaqişəsini həll edə biləcəkmi? ...

    16-03-2017, 21:37

  • 
  • “New York Times” Qarabağdan yazdı - Sensasion məqalə

    “New York Times” Qarabağdan yazdı - Sensasion ...

    10-09-2014, 13:44

  • 
  • Rusiya Fransa və ABŞ-ı ittiham etdi

    Rusiya Fransa və ABŞ-ı ittiham etdi ...

    30-05-2014, 08:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu