Türkiyənin hərbi təyyarəsi Suriyaya məxsus helikopteri vurub. Reuters-ə istinadən məlumata görə, bunu Türkiyənin baş nazirinin müavini Bülənd Arınc açıqlayıb. Onun sözlərinə görə, Suriyanın Mi-17 helikopteri yerli vaxtla saat 14.20-də (Bakı vaxtı ilə 16.20) Türkiyənin hava məkanında görünüb. Türkiyə hərbçiləri pilotlardan Türkiyənin hava məkanından çıxmağı tələb ediblər. Tələb yerinə yetirilməyib və helikopter raketlə vurulub.
Bülənd Arıncın sözlərinə görə, pilotların taleyi barədə məlumat yoxdur. Çünki helikopter Suriya ərazisinə düşüb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı da helikopterin vurulması ilə bağlı açıqlama yayıb. Açıqlamaya xəritə də əlavə edilib. Xəritədə hekikoperin vurulma anı təsvir edilir:
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?