GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiya Ermənistana 400 ton silahı niyə göndərib? – ŞOK DETALLAR – VİDEO

Rusiya Ermənistana 400 ton silahı niyə göndərib? – ŞOK DETALLAR – VİDEO

Tarix: 15-08-2020, 09:47 Bölmə :Dünya Baxış: 472
Rusiya Ermənistana 400 ton silahı niyə göndərib? – ŞOK DETALLAR – VİDEO


Dövlət başçısının Rusiya prezidentinə zəng edərək Rusiyadan Ermənistana 400 tondan çox hərbi təyinatlı yük daşınması məsələsinin aydınlaşdırılmasını istəməsi bir daha göstərdi ki, Prezident İlham Əliyev beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir.

Gundemxeber.Az “atv.az”-a istinadən xəbər verir ki, iyul ayında Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutduğu bir vaxtda şimal qonşumuz bu ölkəyə müasir silahlarla dolu 9 hərbi təyyarə göndərib. Ələlxüsus döyüşlərin qızğın gedən vaxt – iyulun 17-də Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanlarından keçməklə İrəvana 2 aviareys həyata keçirilib.

Bu fotolardan aydın görünür ki, Rusiyaya məxsus il-76TD hərbi-nəqliyyat təyyarələri 210 dəqiqə ərzində 2 mindən çox kilometr məsafə qət edərək Rostov-Mineralnıye Vodı-Aqtau-Türkmənbaşı-Novşəhr-Rəşt-Meğri-İrəvan marşrutu ilə həmçinin 18, 20, 27, 29 iyul və 4 avqust tarixlərində 1 reys və 6 avqustda 2 reys yerinə yetirib. Cəmi 20 gün ərzində Rusiyadan Ermənistana 400 tondan çox hərbi təyinatlı yük daşınıb. Yüklərin cəmi 500 kilometr keçməklə Gürcüstan üzərindən daşınması daha asan görünsə də, şimal-qərb sərhədimizdəki qonşumuz prinsipiallıq göstərərək buna imkan verməyib.

Qazaxıstan, Türkmənistan və İrana gəlincə isə Azərbaycan bu dövlətlərin müvafiq strukturlarını artıq mövcud məsələ ilə bağlı agah edib. Silah daşınmasında digər ölkələrin hava məkanlarından istifadə qaydalarına görə, həmin ölkələr daşınan yük və onun son təyinat nöqtəsi barədə məlumatlandırılmalıdır. Bütün bu qaydaların gözlənilib-gözlənilməməsini isə araşdırmaların nəticəsi göstərəcək.

Rəsmi Moskvanın daim Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və münaqişə zonasında gərginliyin azaldılmasına səy göstərdiyini bəyan etsə də Rusiyanın bu cür canfəşanlıqla Ermənistana silah göndərməsi anlaşılan deyil. Əslində Rusiyanın Cənubi Qafqaza silah tədarükü təəccüblü deyil. Rusiya hərbi-sənaye kompleksi məhsulları həm Ermənistana, həm də Azərbaycana tədarük olunur. Amma bu məsələdə bərabərliyin nə dərəcədə qorunması böyük sual doğurur.

Azərbaycan Rusiya silahlarını dünya bazarı qiymətləri ilə əldə edir. Ermənistan isə yalnız rəsmi sürətdə Rusiya silahlarını Rusiyanın daxili qiymətləri ilə guya əldə edir, halbuki Moskvadan bunu hədiyyə olaraq alır. Ən yaxşı halda isə Rusiya silah alışına görə İrəvana kredit təqdim edir. İndiki halda isə Rusiya Ermənistana olduqca baha spesifik hərbi texnika göndərib. Özü də bu, Ermənistan Silahlı Qüvvələrinin Tovuz istiqamətində təşkil etdiyi hücumlarının dalana dirəndiyi və qorxudan həyacanlanmağa başladığı bir vaxtda baş verib.

Nəzərə alsaq ki, söhbət nə az nə çox, 7 hərbi təyyarə dolu yükdən gedir, Ermənistanın bu silahları hətta öz pulu ilə ala biləcəyi mümkünsüzdür. Bu eyni zamanda qərarların ən yüksək səviyyədə verildiyini göstərir. Bütün buların fonunda Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə telefon zəngi ölkə başçısının Azərbaycanın milli maraqlarını beynəlxalq arenada qətiyyətlə müdafiə etdiyindən xəbər verir.

Millət vəkili Hikmət Babaoğlu hesab edir ki, bu mərhələdə Azərbaycanın atacağı addımlar və öz milli maraqlarını qorumağı yeni keyfiyyət kəsb etməkdədir ki, bu proses də Azərbaycan prezidentinin Rusiya prezidenti ilə danışığı və orada qaldırılan məsələlər də şübhəsiz ki, milli maraqlarımızın və regiondakı hərbi siyasi geostrateji vəziyyətin müzakirə olunması baxımından çox əhəmiyyətlidir. Bəlli olur ki, Rusiya Federasiyası Ermənistanı silahlandırmaqda davam edir, bənzər hadisələri biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi boyu həmişə müşahidə etmişik.

Təbii ki, Rusiyadan Ermənistana silah tədarükü yeni mövzu deyil. Hələ 1997-ci ildə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Lev Roxlin Rusiyadan Ermənistana 1 milyard ABŞ dolları məbləğində qeyri-qanuni silah göndərilməsi barədə məlumat vermişdi. Ümummilli lider Heydər Əliyev bu məsələyə dərhal kəskin reaksiya verib və Azərbaycanın etirazından sonra məsələnin araşdırılması üçün Rusiyada komissiya yaradılıb, cinayət işi açılmışdı. Həmin vaxt Vladimir Putin də silah qalmaqalının araşdırılması prosesinə cəlb olunmuşdu. Bütün bu faktlar təsdiq edir ki,

Rusiyanın Ermənistanı silahlandırmasını davam etdirməsi işğalçı ölkəyə dəstəkdir;
Silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir;
Silahlandırma mövcud status-kvonun saxlanmasına xidmət edir;

Acınacaqlı və aciz durumda olan Ermənistan ardıcıl zərbələr alır və 2020-ci ilin iyulunda Tovuz döyüşləri bunun əyani sübutu oldu. Buna görə də silahlar Ermənistana pulsuz verilir.

Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT-in Minsk Qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin “Böyük səkkizliy”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməzliyi prinsipinə ziddir.

Millət vəkilinin fikrincə, hazırkı mərhələdə də əslində Ermənistanın silahlandırılması işğalçı ölkənin işğalı davam etdirməyə həvəsləndirilməsi deməkdir, mövcud status kvonun qəbul etdirməsi cəhdləri kimi başa düşülməlidir və nəhayət regionda vəziyyəti də daha da gərginləşdirmək deməkdir ki, bu əsla və əsla böyük dövlət olan Rusiya Federasiyası üçün qəbul edilən bir hadisə olmamalıdır.



Ermənistan Tovuz döyüşlərində də güclü zərbə aldı. Aprel döyüşlərindən sonra Tovuz döyüşləri də bir daha Ermənistanın gücsüzlüyü və acizliyini göstərdi. Bununla da aciz durumda qalan Ermənistana Rusiya pulsuz olaraq silah tədarükünə başladı. Bütün bunlara baxmayaraq, Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əliyev Putinə Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasını bildirib -TELEFON ZƏNGİ

    Əliyev Putinə Rusiyadan Ermənistana hərbi ...

    13-08-2020, 12:12

  • 
  • Müdafiə Nazirliyi: Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir

    Müdafiə Nazirliyi: Azərbaycan-Ermənistan ...

    13-07-2020, 11:47

  • 
  • Rusiyadan Ermənistana tank göndərildi – (VİDEO)

    Rusiyadan Ermənistana tank göndərildi – (VİDEO) ...

    28-04-2016, 22:19

  • 
  • Rusiya Ermənistanı yenə də silahlandırır

    Rusiya Ermənistanı yenə də silahlandırır ...

    10-04-2013, 10:25

  • 
  • Ermənistan Rusiyadan silah almağa başladığını təsdiqlədi

    Ermənistan Rusiyadan silah almağa başladığını ...

    4-05-2016, 11:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu