Rusiyada 40-dək “Ural” və KamAZ markalı nömrəsiz yük maşınlarının Belarus sərhədinə doğru irəlilədiyi müşahidə edilib.
“Fontanka” xəbər verir ki, bu barədə məlumatı Conflict Intelligence Team (CIT) yayıb.
Məlumata görə, həm nəqliyyat vasitələrində 600-dək insan yer ala bilər. Bununla birgə, “Twitter”də Belarusda ZTR karvanının görüldüyü barədə məlumatlar yayılıb.
Qeyd edək ki, avqustun 15-də Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə sərhədyanı bölgədə yerləşən Vitebskdəki desant briqadasını ölkənin qərbindəki Qrodnoya göndərib. Buna səbəb ölkənin Qrodnoda vəziyyətin gərginləşməsinin qarşısını almaq olub/Report.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?