Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin komandanı Fəhd bin Turki əl-Səud, El-Cauf əyalətinin hakiminin müavini, Müdafiə Nazirliyinin bir neçə zabiti və mülki qulluqçusu istefaya göndərilib. Onlar korrupsiyada şübhəli bilinir.
İstefa Fərmanını Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əl-Səud imzalayıb.
Silahlı Qüvvələrin yeni komandanı Baş Qərargah rəisinin müavini, general-leytenant Mutlak bin Salem əl-Əzimə təyin olunub./qafqazinfo
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?