"Avropa İttifaqı (Aİ) çətin vəziyyətdə olan lider Aleksandr Lukaşenkonu Belarusun qanuni prezidenti kimi tanımır", blokun baş diplomatı Cozef Borrell sentyabrın 15-də bildirib.
Aİ-nın yüksək səviyyəli nümayəndəsi olan Cozef Borrell Avropa Parlamentinə verdiyi açıqlamada Lukaşenkonu hakimiyyətə qaytaran 9 avqust seçkilərinin saxtalaşdırıldığını deyib.
Svetlana Tixanovskayanın liderlik etdiyi Belarus müxalifəti Lukaşenkonu onun səslərin 80 faizi ilə altıncı müddətə prezident seçildiyi seçkiləri saxtalaşdırmaqda günahlandırır.
O vaxtdan bəri minlərlə insan polis tərəfindən həbs edilib və döyülüb. Müxalifətin əsas liderləri isə ya ölkəni tərk etmək məcburiyyətində qalıb ya da ABŞ və Avropa İttifaqı tərəfindən pislənən geniş basqılar nəticəsində həbs olunub.
"Vəziyyət bizim üçün aydındır. 9 avqust seçkilərini saxta hesab edirik" - deyə Borrell Avropa qanunvericilərinə bildirib.
"Biz Lukaşenkonu Belarusun qanuni prezidenti kimi tanımırıq", o əlavə edib.
Borrell 7500-dən çox dinc nümayişçinin saxlandığını və 500 işgəncə faktının sənədləşdirildiyini deyib.
Aİ artıq Lukaşenkonun yenidən seçilməsini qanuni olaraq tanımadığını bildirib. 27 üzvlü blok seçkilərin saxtalaşdırılması və etirazçılara qarşı güc tətbiq edilməsinə görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyalar hazırlayır.
Lakin diplomatlar Aİ-nın Belarusa qarşı sanksiyalarının Kipr tərəfindən blok edildiyini bildirir. Kipr Aralıq dənizinin şərqində təbii qaz qyataqları axtarışları ilə əlaqədar yaranan mübahisə səbəbindən ilk növbədə Türkiyəyə qarşı tədbirlərin görülməsinin tələb edir.
Borrell üzv ölkələri gələn həftə Brüsseldə keçiriləcək zirvə toplantısından əvvəl yekdil səs tələb olunan sanksiyaları qəbul etməyə çağırıb./amerikaninsesi.org/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?