İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavini Hüseyn Səlami İraqda öldürülən general Qasım Süleymaninin qisasını ancaq onun qətlə yetirilməsində iştirak edən şəxslərdən alınacağını bəyan edib.
İranlı hərbçinin fikirlərini “Tasnim” agentliyi dərc edib.
“Cənab Tramp, böyük generalımızın qisası realdır və ciddidir. Siz düşünürsüz ki, qardaşımızın və şəhidimizin qanının haqqını ABŞ-ın Cənubi Afrikadakı səfiri olan qadından alacağıq? Biz bu böyük insanın ölümündə birbaşa və ya dolayı yolla iştirak edənlərə zərbə endirəcəyik”, - deyə SEPAH-ın yüksək rütbəli hərbçisi vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ xüsusi xidmət orqanlarının yaydığı məlumatda qeyd olunurdu ki, İran tərəfi “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin qisasını almaqdan ötrü ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfiri Lana Marksa sui-qəsd təşkil etməyə hazırlaşır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?