İran yaraqlıları Suriyada dəhşətli qətliam törədibkər.
Gundemxeber.Az xəbər verir ki, suriyalı fəallar Raqqa və Deyr-əz-Zor vilayətləri arasında yerləşən Maadan rayonunda 21 çobanın öldürüldüyünü bildirir. Qətliam İran İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” qüvvələrinin komandiri, general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən iki gün sonra törədilib.
Hadisənin baş verdiyi rayon Suriya rejiminin nəzarətindədir. Suriya mənbələri və bir çox xəbər saytları çobanların iranlı yaraqlılar tərəfindən öldürüldüyünü yazır. Yerli sakinlər deyiblər ki, qətliam Süleymaninin öldürülməsinin qisası olaraq törədilib.
General Süleymani Suriya münaqişəsinin “arxitektoru” hesab edilir, məhz onun aparıcı rolu sayəsində şiə yaraqlıları Əsəd rejiminin müdafiəsinə qalxıb. Və generalın ölümü rejim tərəfdaşlarının sıralarında qəzəb yaradıb. Suriya İnsan Haqları Şəbəkəsi bildirir ki, öldürülənlər arasında üç uşaq da olub.
Suriya üzrə tədqiqatçı Navvar Saban Al-Quds Al-Arabi qəzetinə deyib ki, qətliama görə iranlı yaraqlılar günahkardır. Onun bildirdiyinə görə, iranlı yaraqlılar Maadanda rejimin nəzarətində olan rayonlarla kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri alyansının nəzarətində olan rayonlar arasında nəzarət-buraxılış məntəqələrindən istifadə ediblər. Və nəzarət-buraxılış məntəqəsi bağlandıqdan sonra həmin rayonda qalıbar.
Qeyd edək ki, Suriya Demokratik Qüvvələri ABŞ tərəfindən dəstəklənir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?