İngiltərədə Şirley Qrenfell adlı qadın 11 aylıq nəvəsini çimizdirdikdən sonra onu vanna otağında unudub.
GundemXeber.Az xəbər verir ki, nənə nəvəsi üçün paltar gətirməyə gedərkən ən sevdiyi seriala başı qarışıb. Daha sonra o, nəvəsini vannada unutduğunu xatırlayaraq vanna otağına getdikdə suyun içində körpənin cansız bədənini tapıb.
Bildirək ki, hadisə Kornvel şəhərində baş verib. Şirley polisə ifadəsində vannadakı suyun 15 santimetr olduğunu və nəvəsini oturaq vəziyyətdə orada qoyduğunu vurğulayıb. Prokurorluğun səhlənkarlıq nəticəsində uşağın ölümünə səbəb olmaqda günahlandırdı qadının məhkəməsi hələ ki davam edir.
Sorğu
Yeni dizaynımız necədir?