Rize vilayətində səfərdə olan Türkiyənin prezidenti Abdulla Gül Taksim hadisələrini şərh edib. Ölkəsində qərb standartlarında demokratiya olduğunu deyən Gül Türkiyənin region ölkələri ilə müqayisə edilməsinin doğru olmadığını vurğulayıb.
“Türkiyə demokratik standartları Qərb meyarlarına uyğun bir ölkədir. Onu regiondakı digər ölkələrlə müqayisə emək doğru olmaz. Bu aksiyaları digər ölkələrdəki aksiyalara oxşatmayın. Onların məqsədi əsas insan hüquq və azadlıqlarını əldə etmək və özlərini ifadə edə bilməkdir. Aksiyaçıların fikirlərini dinləmək hamımızın vəzifəsidir”.
Zorakılıqdan uzaq olmanın vacib olduğunu bildirən Abdulla Gül qeyd edib ki, demokratik ölkələrdə müraciət edəcək ilk intansiya məhkəmələrdir: “Zorakılıq hallarına yol verməmək lazımdır. Dünyanın harasında olursa olsun, zorakılığa yol verməmək lazımdır. Bu, Nyu-Yorkda da belədir, Berlində də. Zorakılığa məruz qalmadan fikir ifadə etmək demokratik hüquqdur. Hüquq dövlətində müraciət ediləcək ilk instansiya məhkəmədir. Bu məsələləri zorakılıqdan uzaq, dialoq yoluyla həll etməliyik”.
“Gəzi parkı” hadisələrində başqalarını ittiham etməyə ehtiyac olmadığını deyən Abdulla Gül Türkiyənin hər şeyin öhdəsindən gələ biləcək gücdə olduğunu deyib: “Qızılaydan Taksimə qədər qaydasız şəkildə zorakılıq yoluna gedilərsə, buna demokratik haqq deyilməz. “Gəzi parkı” hadisələrində başqalarını ittiham etməyə ehtiyac yoxdur. Türkiyə hadisələrin öhdəsindən gələcək demokratik bir ölkədir. Mən ölkədə həmişə islahatlar olduğunu deyirəm”.
Gəzi parkında ilk gün baş verənlərə görə təəssüfləndiyini deyən Türkiyə prezidenti dünya mətbuatının baş verənləri istədiyi kimi şərh etdiyini deyib: “Təəssüf ki, ilk gün “Gəzi parkı”nda baş verənlər yanlışdır. Türkiyədə meydana gələnlər şəffaf hadisələrdir. Dünya mətbuatı isə baş verənləri özünə görə şərh etdi”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?