İspaniyanın Sosialist hökuməti məhkəmənin məhdudiyyətlərin qaldırılması qərarından sonra Avropanın COVID-19-un qaynar nöqtələrindən biri olan və bir neçə milyon insanın yaşadığı Madrid şəhərində və ətraflarıında cümə günü yenidən fövqəladə vəziyyət elan edib.
Bu qərar dərhal qüvvəyə minib və baş nazir Pedro Sançez hökuməti ilə bu addımı qanunsuz, sərt və iqtisadiyyat üçün fəlakət adlandıran Madrid bölgəsinin mühafizəkar rəhbərliyi arasında qarşıdurmanı artırıb.
"Səbirin də bir həddi var. Madriddəki yoluxma səviyyəsinin İspaniyanın qalan hissəsinə keçməməsi çox vacibdir" - deyə, bölgə rəhbərliyini günahlandıran ölkənin səhiyyə naziri Salvador Illa mətbuat konfransında bildirib.
Hökumət məhdudiyyətlərə nəzarət etmək üçün bölgəyə əlavə 7000 polisin yerləşdiriləcəyini deyib. Lakin paytaxtda və onun ətrafındakı səkkiz yaşayış məntəqəsində virusa yoluxan 3.8 milyon insanın çoxu avtomobillərlə həftə sonu tətilllərini davam etdirir.
Səhiyyə Nazirliyinin göstərişindən sonra Madrid rəhbərliyi keçən həftə könülsüz olaraq şəhər və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərinin vacib olmayan səyahətlərinə qadağa qoyub.
Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, oktyabrın 8-nə qədər, son iki həftə ərzində bölgədə hər 100 min adamdan 723-ü koronavirusa yoluxub.
Sorğu
Yeni dizaynımız necədir?