Rusiyanın nüfuzlu “Komsomolskaya pravda” qəzetinin böyük bir səhvi sosial şəbəkələrdə rezonans doğurub.
Azərbaycan ilə Ermənistan arasındakı müharibədən süjet hazırlayan dərgi Gəncəyə atılan raket zərbələrindən sonra ortaya çıxan acınacaqlı dağıntıları əks etdirən fotonun guya Xankəndidə çəkildiyini yazıb. Şəkildə Gəncə, yazılan isə budur: “Bu da bombardumandan sonra Stepanakertin vəziyyəti”.
Rusiyalı jurnalistləri, hətta Azərbaycan FHN əməkdaşlarının əllərindəki tanınma nişanları belə düşünməyə vadar etməyib.
Rusiyanın bu nəşrinin Azərbaycanla bağlı faktları açıq-aşkar saxtalaşdırılması diqqətdən kənarda qala bilməzdi. Bu gün səhər "Komsomolskaya pravda" səhvini düzəldib və qeyd edib ki, bu kadrlar Gəncədə dağılmış evlərin fotoşəkilləridir./Axar.az/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?