Bu gün ABŞ-ın Los-Anceles şəhərində bir qrup erməni türklərə məxsus "İstanbul Kafe"yə hücum edib.
Bu barədə Los-Ancelesdə yaşayan azərbaycanlı prodüser və yazar Sevinc Səfərova öz "Facebook" səhifəsində məlumat yayıb. Məlumatda qeyd olunur:
"Bu gün erməni vandalları Los-Ancelesdə yerləşən "İstanbul Cafe"yə hücum ediblər!
Bir neçə gün öncə zənglərnən hədə-qorxu gəliblər, bu gün isə hücüm çəkib hər yeri dağıdıblar!
Bu terroçuların qarşısını dövlət səviyyəsində almaq lazımdır. Hər bir Türk üçün çox inanılmaz dövran yaşanır! Bu da ABŞ. Məgər demokratiya vandalizm demekdir?! Bunlar bu qədər öz başına hərəkətlər edə bilir! Kütləvi şəkildə bunu bəyan etməli və həllin tapmalıyıq!".
Qeyd edək ki, artıq bir neçə gündür ABŞ-ın Los-Anceles, Kanadanın Toronto, Monreal şəhərlərində ermənilərin azərbaycanlılar və türklərə hücumlar həyata keçirdiyi barədə məlumatlar yayılır. /musavat.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?