Qırğızıstanın keçmiş Baş naziri Akılbəy Japarov ölkəsinin Gömrük İttifaqına üzv olması məsələsinə toxunaraq, rəsmi Bişkeki bu qərardan imtina etməyə çağırıb.
Axar.az-ın verdiyi xəbərə görə, o bu barədə yerli “Alibi” dərgisinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qırğızıstan daha çox Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə əməkdaşlığını qurmalıdır:
“İqtisadiyyatımız olduqca zəifdir və biz öz əlimizlə bazarlarımızın açarını digər ölkələrin müəssisələrinə veririk. Kənd təsərrüfatı məhsullarından başqa Gömrük İttifaqına verəcəyimiz mallar yoxdur. İyirmi il sonraya baxsaq, Gömrük İttifaqı kimi qurum bizə lazım olmadığını görərik. Çünki biz bu gün ÜTT-nin üzvüyük. Hətta rusların özləri bu təşkilata can atırdılar. Bir ildən sonra qazaxlar, beş ildən sonra isə, beloruslar ÜTT-yə üzv olacaqlar. Başqa sözlə, bütün dünya bu təşkilat çərçivəsində əməkdaşlıq edəcək. ÜTT-yə üzvlüyümüz sayəsində Çinlə ticarət əlaqələri qurduq, Amerika və Londona qədər gedib çatdıq. Məndə belə bir qənaət formalaşıb ki, 20 ildən sonra Gömrük İttifaqı dağılacaq. Odur ki, Gömrük İttifaqından imtina etməliyik”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?