ABŞ Nümayəndələr Palatasına Türkiyənin NATO-dan kənarlaşdırılması ilə bağlı qətnamə təqdim edilib.
Bu məlumatı Amerika Erməniləri Milli Komitəsi yayıb. Məlumata görə, qətnamənin müəllifi erməni lobbisinin məşhur üzvü Tulsi Qabbarddır. Qətnamədə Türkiyənin Qarabağda Azərbaycanın yanında olduğu üçün alyansdan uzaqlaşdırılması gərəkdiyi bildirilib.
Qeyd edək ki, Qabbard Havay adalarından olan konqresmendir. ABŞ ordusunun keçmiş mayoru olan Qabbard həm də hinduizm dininə ibadət edir. O, ABŞ Konqresinə seçilən ilk hinduist inanclı konqresmen kimi tarixə düşüb./axar.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?