Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti mozaika virusuna (meyvə, tərəvəz və dekorativ bitkilər daxil olmaqla, 100-dən çox bitki növündə aşkarlanan virus-red) görə Ermənistandan pomidorun idxalını məhdudlaşdıra bilər.
Bu barədə federal xidmətdə bildiriblər.
Xidmət Ermənistana Rusiyaya göndərilən tərəvəzlərə nəzarəti gücləndirməyi xahiş edib. Qeyd edilir ki, xidmət tərəvəzlərdə virusun təkrar aşkarlanacağı təqdirdə pomidorun Ermənistandan idxalını məhdudlaşdıra bilər.
Qeyd edək ki, Ermənistandan Rusiyaya göndərilmiş pomidorlarda virus aşkarlanıb. Ekspertlər qeyd edib ki, virus Rusiyada tərəvəzçiliyə böyük ziyan vurmaq baxımından olduqca təhlükəlidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?