Ekspertlər Rusiyanın Qarabağ məsələsində tərəf kimi çıxış etmək niyyətində olmadığını deyirlər
Azərbaycan Ordusunun tərkibində muzdlu döyüşçülərin olduğu barədə əsassız ittihamlar səsləndirən işğalçı Ermənistanın terrorçularla əməkdaşlığını sübut edən çoxsaylı faktlar mövcuddur və bu faktların bir çoxu xarici mənbələr tərəfindən açıqlanır.
Bugünlərdə Ermənistana dəstək verənlər sırasında daha bir qüvvənin adı mediada tirajlanmaqdadır. Məlumatlı mənbə “Turan” agentliyinə bildirib ki, Ermənistan Azərbaycanla müharibəyə üçün özəl hərbi şirkətin (ÖHŞ) rusiyalı muzdlularını cəlb edib. Bildirilir ki, əsasən “Vaqner” ÖHŞ-in 300 üzvündən ibarət qrup Rusiyadan Ermənistana, sonra isə Şuşaya göndərilib.
Oktyabrın 1-də AzadlıqRadiosu “vaqnerçilər”in özlərinə istinadən məlumat verib ki, onlar artıq Qarabağdadır və döyüşlərdə iştirak edirlər. Əsasən bunlar regiona göndərilmək üçün ən qısa müddətdə səfərbər edilmiş TƏİR (tank əleyhinə idarə olunan raketlər) operatorlarıdır.
AzadlıqRadiosundakı mənbə bildirir ki, “Vaqner ÖHŞ”in ilk döyüşçüləri Dağlıq Qarabağa hələ avqustun sonu - sentyabrın əvvəllərində gəliblər. Hələlik bu məlumatın müstəqil təsdiqi yoxdur, lakin əvvəllər Suriyada “vaqnerçilər”i müşayiət edən rusiyalı jurnalistlər Qarabağda aktiv fəaliyyət göstərirlər.
Liviyada qiyamçı general Haftarı dəstəkləyən rus muzdluların sayı açıqlandı – BMT-dən "Vaqner" hesabatı
Sentyabrın 26-da, o cümlədən Ermənistanda da keçirilən Rusiya “Qafqaz 2020" hərbi təliminin son günündə Rusiya Federasiyası Müdafiə Nazirliyinin An-124-100 hərbi hərbi təyyarəsi İrəvana enib. Versiyalardan birinə görə, o, Ermənistana ”Top M-2" və “Pantsir-C2" HHM sistemlərini gətirə bilərdi.
Bu təyyarə Ermənistana Rostov-na-Donudan uçub, onun 300 km-də, Molkinoda “Vaqner ÖHŞ”in bazası yerləşir.
AzadlıqRadiosu qeyd edir ki, Rusiya Müdafiə Nazirliyinin “vaqnerçilər”i Dağlıq Qarabağa göndərmək planları barədə RBK hələ 2016-cı ilin yayında FTX-nin adı açıqlanmayan zabitinə istinadən yazıb.
Bundan əlavə, Şuşada muzdlu terrorçuların olması haqda prezident Ərdoğan oktyabrın 27-də telefonla prezident Putinə məlumat verib. “Kəşfiyyat xidmətlərinin dəqiq məlumatlarına görə, Şuşada 2 min PKK terrorçusu var və Ermənistanın tərəfindən döyüşürlər. Onlara 600 dollar pul verirlər”, - Ərdoğan Putinə bildirib.
Rusiyanın Qarabağ müharibəsinə müdaxilə etmək niyyətinin olmadığı prezident Putin, həmçinin XİN rəhbərliyi səviyyəsində verilən açıqamalarda da nümayiş etdirilib. Ermənistan baş nazirinin davamlı şəkildə Rsuiyadan yardım almaq xahişi etməsi, hətta Putinə məktub yazıb hərbi əməkdaşlıq müqaviləsini xatırlatmaq da konkret dəstəyə gətirib çıxartmayıb. Ancaq Rusiyadan İrəvana hətta Tovuz döyüşləri zamanı hərbi yüklərin daşınması Azərbaycan rəhbərliyi tərəfindən bildirilib, etiraz çatdırılıb. Elə son döyüşlərin gedişində də müxtəlif səviyyələrdə Ermənistana hərbi yüklərin aparıldığı haqda məlumatlar mövcuddur. Bu mənada “Vaqner”lə bağlı şübhəli ehtimallar var. Əks təqdirdə, ermənilər bu faktı niyə qabartsınlar ki? Əgər hiylədirsə, Azərbaycanı çəkindirmək məqsədi daşıyırsa, o halda Rusiya bu faktın yalan olduğunu sübuta yetirməli, İrəvan təkzib etməlidir.
ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin bir sentyabrda açıqladığı hesabatında bildirilirdi ki, Rusiyanın məşhur “Vaqner” muzdlularının olduğu ölkələr içərisində Azərbaycanın da adı var. Mərkəzin iddiasına görə, “Vaqner” muzdluları 2016-cı ildə Serbiya və İndoneziya ilə yanaşı, Azərbaycanda da olublar. O zaman məlumat var idi ki, “Vaqner” muzdluları dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisində, lakin Bakının nəzarət edə bilmədiyi Qarabağda, Ermənistan rəhbərliyinin istəyi ilə olub. İndiki duruma gəldikdə, ekspertlərin maraqlı fikirləri var...
63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ - modern.az
Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın yalvarış dolu müraciətlərinə Rusiyadan alınan cavabdan sonra strateji müttəfiq olan ölkədən ümidi hələ də kəsilməyib: “Gümrüdəki 102 saylı hərbi bazadan silahların Ermənistana verilməsi ilə bağlı faktlar var. Bir də unutmayaq ki, bu bazanın tərkibində erməni millətindən olan zabitlər var. Heç kəs qarantiya verə bilməz ki, onlar eynilə 90-cı illərdə 366-cı alayın oynadığı rolu oynasınlar. Ermənistan başqa yollar axtarır. ”Vaqner" qrupu isə birbaşa Rusiyanın siyasi hakimiyyətinə bağlıdır, onun əməliyyatlarda iştirak etməsi Putinin verdiyi bəyanatlardan qarışmamaq prinsipini pozardı. İndi elə dünya deyil ki, bir işi görəsən, heç kəsin xəbəri olmaya". Bu mənada Q.Çaxmaqlı “Vaqner”in proseslərə müdaxilə etməsini istisna etdi: “Rusiya gözləyir, gizli silah dəstəyi verir, amma əməliyyatlara ”Vaqner" səviyyəsində girəcəyinə inanmıram". Politoloq qeyd etdi ki, erməni tərəfi artıq məğlubiyyətin anonsunu verib: “Guya hərbi əməliyyatlar Dağlıq Qarabağdan deyil, Ermənistandan idarə olunacaq. Həmişə optimist danışan sözcü Artsrun Ovannisyan artıq qarşıdakı günlərin çətin keçəcəyini söyləyir. Belə halda Rusiya niyə savaşa girsin ki?”
Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”
Politoloq Məhəmməd Əsədullazadə də xatırlatdı ki, Azərbaycan Qarabağda əks-həmlə əməliyyatı başlatdıqdan sonra Rusiya siyasi müstəvidə neytral qalmağa çalışır: “Amma ilk günlər Ermənistana silah-sursat və hərbi texnikaların göndərilməsini həyata keçirilirdi. İndi isə bu məsələ Rusiyanın 102-ci bazası tərəfindən həyata keçirilir. Buna baxmayaraq, Ermənistan işğal olunmuş ərazilərdə hər hansı bir üstünlük qazana bilmir və bundan sonra da mümkün deyil. Rusiya bəzi hallarda Rusiya Hərbi Kəşfiyyat İdarəsinin bilavasitə nəzarətində olan muzdlu qoşun adlanan ”Vaqner" vasitəsilə qeyri-rəsmi müəyyən dövlətlərə dəstək verir. Biz buna Suriya və Liviyada şahid oluruq. Qarabağ müharibəsinə gəldikdə isə Rusiya “Vaqner”i ora göndərməklə həlledici bir mərhələyə keçidi təmin edə bilməz. Bunu Kreml də yaxşı anlayır. Odur ki, “Vaqner” deyil, bəzi muzdluların bir sıra nöqtələrdə olduğunu istisna da etmək olmaz. Rusiya belə bir addım ata bilər. Amma bu, ehtimaldır". M.Əsədullazadə qeyd etdi ki, erməni tərəfi Azərbaycan Ordusunun Şuşaya girməməsi üçün bu iddianı irəli sürə bilər: “Düşünürəm ki, Şuşada ”Vaqner" yoxdur. Olsa da, bu, onların məhv edilməsi ilə nəticələnər. “Vaqner” piyada silahları ilə silahlanmış döyüşçülərdən ibarətdir. Onları Liviyada Türk əsgərləri məhv edib. Əgər Qarabağda da varsa, Azərbaycan əsgəri məhv edəcək. Ermənilər onları bu dərəcədə qabartmaqla xof yaratmaq istəyirlər. “Vaqner”ə beynəlxalq təşkilatlar tərəfindən sanksiya tətbiq edilib. ABŞ onu hətta terrorçu təşkilat kimi qiymətləndirir. Demək, Ermənistan özü elə muzdlu və terrorculardan istifadə etdiyini etiraf edir. Bu muzdlu ya Suriyadan gəlsin, ya Rusiyadan, fərqi yoxdur. Ermənilərin nəzərində Rusiyadan gələn muzdlular terrorçu sayılmır. Onlar belə bir xəstə yanaşmaya malikdirlər".
Ekspert Azərbaycanın dövlət başçısının xəbərdarlğını da xatırlatdı: “Prezidet Rusiyaya xəbərdarlıq edib ki, neytral qalsın. Rusiya artıq anlayır ki, Ermənistan məğlub olub, bu mənada düşünmürəm ki, ”Vaqner"i Şuşaya göndərsin. Çünki bu, birbaşa ölümə bərabərdir. Sadəcə, Rusiya Gümrüdə 102-ci bazası vasitəsilə kömək edib. Həmin zirehli texnikaları da Azərbaycan artıq PUA-larla məhv edib. Rusiya tərəfi Ermənistana bundan sonra Qarabağa görə kömək etməyəcək. Etsəydi, ilk gündən edərdi. Çünki burada çox ciddi məqamlar var. Rusiya tərəf ola bilməz. Buraya döyüşçü göndərməklə Azərbaycanı tam itirə bilərdi. Lojistik dəstəyi də, göründüyü kimi, heç bir nəticə vermədi. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları Ermənistan üçün fəlakətlə bitir. Həmçinin bu proseslər Rusiyanın hərbi sənayesinə də ciddi zərbə vurdu və Kreml bu rüsvayçılığı gördü".
Ermənistanın darmadağın edilmiş ordusunun Azərbaycana cavab vermək iqtidarında olmadığını artıq ermənilərin bəziləri anlayırlar. Ermənistan artıq başa düşdü ki, Azərbaycan Ordusuna qalib gələ bilməyəcək.
Axar.az xəbər verir ki, bu barədə erməni jurnalist Edik Baqdasaryan öz Feysbuk hesabında qeyd edib. “Bizdə hər şey dağıdıldı. Artıq geri çəkildiyimizi asanlıqla etiraf edirik”, - o yazıb.
“Ermənistan tərəfindən döyüş bölgəsindən yayılan bütün videogörüntülərdə biz eyni şeyi müşahidə edirik - Ermənistandan böyük sayda könüllülərin gəlməsi və erməni qüvvələrinin döyüş nizamı müşahidə olunmur”. “Trend”in məlumatına görə, bunu ukraynalı hərbi ekspert Yuri Podolyaka deyib. Ekspert bildirib ki, döyüşlərdə yalnız nizamsız silahlı qruplaşmalar və ehtiyat hərbçilər var, lakin Ermənistandan gələn böyük sayda könüllülər yoxdur: “Bütün dünyadan minlərlə könüllülərin gəlməsi barədə məlumatların yayılması isə sadəcə təbliğatdır. Ermənistanın özündən könüllülər Dağlıq Qarabağa gəlməyə çox da tələsmirlər. Mən erməni vətənpərvərlərin sosial şəbəkələrdə aktivliyini müşahidə edirəm, lakin videogörüntülərdən məlum olur ki, döyüşlərdə bu vətənpərvərlərin sayı çox cüzidir”.
Ermənistan üçün sonun başlanğıcıdır, sadəcə, düşmən hələ də “bəlkə də qaytardılar”, ümidi ilə can verməkdədir.../“Yeni Müsavat”/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?