Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyan hökumətinin istefaya getməsi fikrini dəstəkləyir.
News.am agentliyinin verdiyi məlumata görə, o, respublika parlamentini erkən seçkilərə hazırlaşmağa çağırıb. Sarkisyan siyasi partiyaların liderləri, ictimai fəallar və diaspora nümayəndələri ilə görüşlər keçirdiyini deyib və onların hamısının hökumətin istefasının vacib olduğunu qəbul etdiyini bildirib.
"Cəmiyyətimiz çox həyəcanlıdır. Yaralı iqtisadiyyatımız çox böyük sosial problemlərlə yüklənib. İnsanların Qarabağdan axını humanitar fəlakətə səbəb olub. Biz gerçəkliyə gözümüzü yumub, adi qaydada yaşamağa davam edə bilmərik”, - Sarkisyan deyib.
Sorğu
Yeni dizaynımız necədir?