GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Paşinyanın istefaya gedəcəyi tarix - 6 dekabr

Paşinyanın istefaya gedəcəyi tarix - 6 dekabr

Tarix: 30-11-2020, 14:45 Bölmə :Dünya Baxış: 1 102
Paşinyanın istefaya gedəcəyi tarix - 6 dekabr


Paşinyanın 2,6 aylıq hakimiyyətinin sonu göründü. Bütün ehtimallar göstərir ki, Paşinyan dekabrın 6-da istefaya gedəcək. Niyə məhz 6 dekabr? Ona görə ki, Paşinyan dekabrın 4-də Moskvaya gedir. Bu səfər isə onun Kremlə baş nazir kimi son səfəri olacaq. 30 illik müharibədən sonra Ermənistanın məğlubiyyəti, ölkənin iqtisadi çöküşü və ən nəhayət, siyasi böhran Paşinyanın sonunu gətirdi. Onun Moskvaya səfərinin məqsədi isə dövləti məsələlər deyil, şəxsi problemlərini çözmək istəyidir. O istefaya gedəcəyi təqdirdə özünün və ailəsinin toxunulmazlığına Moskvadan təminat istəyəcək. İndiki halda yalnız Moskva Paşinyanı həbsdən və yaxud dar ağacından xilas edə bilər. Çünki bu gün İrəvanın bütün ipləri Moskvanın əlindədir. 10 noyabr anlaşmasında Moskva İrəvanda idarəetməni bütünlüklə ələ keçirdi. Bu gün ekspertlərin təbiri ilə desək, Ermənistan Rusiyanın bir əyalətini xatırladır. Sərhədlərini rus əsgəri qoruyur. Qarabağdakı ermənilərin bütün təminatını Rusiya ödəyir. Ölkədəki enerji daşıyıcıları: qaz, işıq və su Rusiya şirkətləri tərəfindən idarə olunur. Hətta Ermənistandakı dəmir yolları da birbaşa Rusiyanın Cənubi Qafqaz Dəmir Yolunun balansındadır. Ona görə də Paşinyanın istefadan əvvəl Moskvaya getməsi, təsadüf, yox zərurətdir.

Paşinyanın 6 dekabrda istefaya gedəcəyi anonsunu ilk olaraq ölkənin prezidenti Armen Sarkisyan verdi. Özü də Moskvadan qayıdan kimi. Bilirsiniz ki, bir neçə gün əvvəl Sarkisyan Moskvaya qeyr-rəsmi səfərə getmişdi. İrəvana qayıdandan sonra səfərin nəticələri barədə danışmaq əvəzinə o, Nikol Paşinyanı istefaya çağırdı. Baxmayaraq ki, bu, Sarkisyanın ilk çağırışı deyil. Təxminən 10 gün əvvəl də Prezident Paşinyanın istefaya getməsini və növbədənkənar parlament seçkilərinin keçirilməsini istəmişdi. Lakin o vaxt onun çağırışı havadan asılı qalmışdı. Moskvadan qayıdandan həmən sonra istefa məsələsinin yenidən gündəmə gətirməsi isə artıq fərdi təşəbbüs deyil, Moskvanın iradəsidir.

Paşinyanın istefa anonsunu verən digər mənbə də Moskvaya yaxın dairədir. Belə ki, noyabrın 29-da sabiq prezident Robert Köçəryanın ofis rəhbəri Viktor Soqomonyan Paşinyanın 20 oktyabr olayları ilə açıqlamasından sonra dedi ki, “Paşinyan, yalan deyirsən, gələn həftə səninlə daha ətraflı danışacağıq”.

Məlum olduğu kimi, Köçəryanla Putin arasında özəl münasibət var. Ona görə də Köçəryanın yaxın adamının iştahla “gələn həftə danışarıq”, – deməsi elə-belə söz deyil. Bu da Moskvanın Paşinyan haqqında siyasi qərar verdiyinin daha bir sübutudur. Ona görə də Paşinyanın 2, 6 illik hakimiyyətinin bitəcəyi tarix gün kimi aydın görünür. Belə ki, Paşinyan dekabrın 4–də Moskvaya gedəcək (köməkçisi artıq dünəndən ordadır) və fərdi-məhdud məsələlərin müzakirəsini aparacaq. Və təbii ki, özünün və ailəsinin toxunulmazlığına təminat alacaq. İrəvana qayıdandan həmən sonra isə istefaya getdiyini açıqlayacaq. Bu da Paşinyanın siyasi fəaliyyətinin sonu…

Təbii ki, Paşinyan indiki halda ermənilərin nifrət etdiyi bəlkə də birinci adamdır. Amma mən Paşinyanı Ermənistanda və Qarabağda yaşayan erməniləri (xaricdəki erməniləri demirəm haaa) xilaskarı sayıram. Ola bilsin, kimsə mənimlə razılaşmasın. Amma bunu sübut etməyə kifayət qədər əlimdə faktlarım var. Onları sadalamqla vaxt almaq istəmirəm. Amma bir neçə vacib məqamı deyəcəm.

BİRİNCİSİ, Paşinyan bizim üçün kim və nə olmasından asılı olmayaraq, millətini sevən bir vətənpərvər idi. Çünki o hakimiyyətə gəlməmişdən xeyli əvvəl, sıravi jurnalist kimi tez-tez yazırdı ki, Qarabağ Azərbaycan torpağıdır. Gəlin, onların torpaqlarını geri qaytaraq və Ermənistanda biz, Qarabağdakı digər soydaşlarımız insan kimi yaşasın. Çünk, o bilirdi ki, Qarabağ oyunu Kremlin siyasi layihəsidir. Bu layihə gec-tez başa çatacaq. Nə qədər tez başa çatsa, erməni xalqı bir o qədər qazanacaq. Ona görə də siyasi hakimiyyətə gələn kimi Qarabağ kartını ortaya atdı. “Qarabağ-Ermənistandır nöqtə”, – dedi. Bununla da 28 il soyumuş əsəbləri yenidən qızışdırdı. Sanki yatmış şiri oyatdı. İlk baxışdan sərsəm fikir kimi görünən bu bəyanat əslində Azərbaycan cəmiyyətinə bir mesaj idi: “Gəlin, torpaqlarınızı alın, ya da icazə verin orda biz dinc həyat quraq”. Təbii ki, mesaj alınmışdı. Azərbaycan qısa zamanda müharibə hazırlıqlarına başladı. Bunu görən Paşinyan odun üstünə bir az da yağ tökdü. İyulun 12-də Tovuzda sərhədlərimizdə təxribat törətdi. Daha sonra isə sentyabrın 27-də ikinci Qarabağ müharibəsini başlatdı.

Təbii ki, Paşinyan Ermənistanın məğlubiyyyətinin qaçılmaz olduğunu bilirdi. Çünki ölkənin iqtisadi və hərbi potensialının statistikası əlinin altında idi. O bilirdi ki, əhalisi 3 dəfə çox olan, büdcəsi 8 dəfə böyük olan bir ölkə ilə başa-baş müharibə apara bilməz. Amma millətini sevirdi. Və millətini sərsəm “dənizdən-dənizə” xülyalarından xilas etmək istəyirdi. Bunu etdi də. Erməni xalqı artıq 5 il bundan qabaqkı kimi düşünmür, idarə olunmur. İşıqlı ermənilər bilir ki, torpaqları geri qaytarıb azərbaycanlılarla sülh şəraitində yaşamaqdan başqa çarə yoxdur. Təsadüfi deyil ki, noyabrın 29-da Paşinyan açıq şəkildə bəyan etdi ki, biz azərbaycanlılarla düşmənçiliyə son vermək istəyirik. Bunun ardınca yeni təyin olunmuş iqtisadiyyat naziri bildirdi ki, sülh anlaşması Ermənistanın iqtisadi-sosial rifahı üçün ən yaxşı platformadır. Və ən yaxın gələcəkdə Azərbaycanla və Türkiyə ilə sərhədlərimizi açmaqla böyük iqtisadi inkişafa nail ola bilərik”. Vəssaam…

Bax, ermənilər uzun illər bu həqiqəti nəinki dilə gətirməyə, hətta düşünməyə belə qorxublar. Bu qorxunu isə ermənilərin içində Rusiya və digər böyük dövlətlərin sözü ilə hərəkət edən yalançı millət qəhrəmanları yaratmışdı. Paşinyan bu qorxunu ermənilərin içindən çıxardı. Ona görə də o, əsl vətənpərvərdir. Bunu təkcə mən demirəm. Rusiyanın, Ukraynanın, Gürcüstanın və daha neçə-neçə ölkələrin ictimai fikir adamları deyir.

İKİNCİ vacib məqam odur ki, Paşinyan xaricdəki erməniləri ifşa etdi. Onların saxta vətənpərvərliyini açıb göstərdi. Bəlli oldu ki, xaricdəki ermənilər ancaq yaşadıqları ölkələrin maraqlarından çıxış edirlər. Onları Ermənistanda dilənçi vəziyyətində yaşayan, lazımsız yerə ölümə gedən Vartanın, Arakelin,Samvelin taleyi qətiyyən maraqlandırmır. Bax, Paşinyanın statistik erməni vətəndaşlarını xaricdəki qudurğan, eyni zamnda xalqının faciələri hesabına iqtisadi və siyasi dividend qazananların cəngindən qurtardı.

ÜÇÜNCÜ məqam o idi ki, Paşinyan ermənilərə açıq aydın göstərdi ki, onları heç bir xarici dövlət sevmir və dəstəkləmir. Çünki əsl dost çətin gündə tanınır. 44 günlük müharibədə nə ABŞ,nə Fransa, nə Rusiya nədəki digər “dostalr” Ermənistanın harayına gəlmədi. Və bununla da Paşinyan sübut etdi ki, 30 ildə Ermənistan bu dövlətlərin maşası, Türkiyəyə, Azərbaycana, İran və digər müsəlman dövlətlərinə qarşı istifadə etdikləri bir alət olub.

Ona görə də bizim üçün pis adam olsa da, Paşinyan ermənilərin milli maraqları nöqteyi-nəzərindən bir qəhrəmandır. O, özünün və ailəsinin həyatını riskə atıb belə bir qəhrəmanlıq etdi. Ola bilsin ki, bu gün çoxluq Paşinyanı inkar etsin, lənətləsin. Amma zaman gələcək, Paşinyanın erməni xalqı üçün hansı qəhrəmanlar etdiyi etiraf və təqdir ediləcək.

Doğrudur, Paşinyanın müəyyən səhvləri də oldu. Bu da onun siyasi səbatsızlığından irəli gəlirdi. Amma mənim nəzərimcə, Nikol Paşinyan erməni milli oyanış həraktaının həqiqi lideridir.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Paşinyanın seçki oyunu: istefaya gedir və...

    ​Paşinyanın seçki oyunu: istefaya gedir və... ...

    16-06-2018, 21:58

  • 
  • Putin Paşinyanı Rusiyaya çağırdı - Moskvadan TƏLƏB

    Putin Paşinyanı Rusiyaya çağırdı - Moskvadan TƏLƏB ...

    18-07-2018, 16:56

  • 
  • “Paşinyan hökuməti istefaya getməlidir!“ - Ermənistanın ilk Baş naziri

    “Paşinyan hökuməti istefaya getməlidir!“ - ...

    27-10-2020, 16:45

  • 
  • Moskva meri istefaya gedir

    Moskva meri istefaya gedir ...

    4-06-2013, 20:03

  • 
  • Paşinyan Rusiya hərbi bazasına tərəf gedib Qarabağa görə "daha möhkəm təminat" istədi

    Paşinyan Rusiya hərbi bazasına tərəf gedib ...

    28-04-2018, 12:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu