Gürcüstanın hakim Gürcü Arzusu Partiyası sabiq prezident Mixeil Saakaşvilinin ölkə siyasətində iştiraknı qadağan edən qanun layihəsi hazırlayır.
Bu barədə partiyanın icraçı katibi İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, M.Saakaşvili Gürcüstanın vətəndaşı olmasa da, qiyabi olaraq azadlıqdan məhrum edilsə də, ölkədəki seçki proseslərində iştirak edib: “Ukraynalı həmkarlarımız bunun qarşısını ala bilmədilər. Ona görə də bu məsələni biz həll etməliyik”.
İ.Kobaxidze deyib ki, yeni qanun keçmiş prezidenti Gürcüstanın siyasi həyatına qatılmaq imkanından məhrum edəcək: “Qanun layihəsinə əsasən, lideri konstitusiya ilə nəzərdə tutulan meyarlara cavab verməyən siyasi partiya üçün seçici qeydiyyatı ləğv olunacaq”. (Report)
Qeyd edək ki, M.Saakaşvili bu ilin mayından Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinə sədrik edir. O, Gürcüstanda bir neçə cinayət işi üzrə ümumilikdə 6 il müddətinə qiyabi olaraq azadlıqdan məhrum edilib./yenisabah.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?