Fransa hökumətinin bildirdiyinə görə, prezident Emmanuel Makronun koronavirus testi müsbət çlxlb.
"Bu gün prezidentin COVID-19 üçün verdiyi test müsbət çıxdı" - deyə, prezident administrasiyasının məlumatlnda bildirilib. Makronun testdən "ilk simptomlar başlandıqdan" sonra keçirildiyi deyilib.
Hökumət Makronun milli qaydalara uyğun olaraq yeddi gün ərzində karantində qalacağını və işini uzaqdan davam edəcəyini bildirib.
Fransa prezidenti Britaniyanın baş naziri Boris Conson və ABŞ prezidenti Donald Tramp da daxil olmaqla, dünyanın COVID-19-a yoluxan dövlət və hökumət başçılarının siyahısına əlavə olunub.
Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə günü bu günə qədər dünya boyu 74,2 milyon insanın yoluxmasına və 1,6 milyondan çoxunun ölümünə səbəb olan qlobal pandemiyanın mənşəyini araşdırmaq üçün yanvar ayında Çinə ilk araşdırmaçı qrupunu göndərəcəyini bildirib.
10 nəfərdən ibarət komanda tibbi məlumatları və test nümunələrini araşdıraraq, COVID-19-a səbəb olan virusun heyvanlardan insanlara necə keçdiyini və harada yarandığını müəyyənləşdirməyə çalışacaq.
Tədqiqatçıların əksəriyyəti ilk dəfə 2019-cu ilin sonunda Uhan şəhərində aşkar edilən virusun yarasalardan keçdiyinə inanır.
Tramp Çin hökumətini pandemiya ilə bağlı məlumatları ört-basdır etməkdə günahlandırıb.
Bu arada ABŞ-da ikinci COVID-19 peyvəndinin rəsmi təsdiqi prosesi cümə axşamı başlayır.
Ərzaq və Dərman Administrasiyasının (Food and Drug Administration - FDA) tənzimləyicilərinin çərşənbə axşamı bildirdiyinə görə, Moderna və Milli Sağlamlıq İnstitutu tərəfindən hazırlanmış peyvəndin ilkin təhlili onun təhlükəsiz və effektiv olduğunu təsdiqləyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?