Ermənistan cəmiyyətində Tovuz istiqamətindəki döyüşlərlə bağlı ciddi narahatlıq hökm sürür.
Bir çox hərbi çağırışçıların anaları övladlarının telefon zənglərinə cavab vermədiyin, hərbi hissədən məlumat ala bilməmələrindən sarsıntı keçiriblər. Onlar "övladlarımızdan xəbər ala bilmirik"-deyə "Yerkir Media" televiziyasına müraciət ediblər.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin Hərbi Nəzarət şöbəsinin rəisi general-polkovnik Movses Akopyan açıqlama verib.
“Ancaq onu deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və əsgər valideynlərinə sakitliyi qorumaq məsləhət görülür. Döyüşlərə müddətli həqiqi hərbi xidmət qulluqçuları cəlb olunmayıb”./modern.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?