Rusiya polisi müxalifət lideri Aleksey Navalnının tərəfdarlarını həbs edirlər. Belə ki, onlar şənbə günü Rusiyanın 60-dan çox şəhərində küçələrə axışaraq Kremlin tənqidçisinin dərhal sərbəst buraxılmasına çağırıblar və polisin qanunsuz elan etdiyi bu etirazları dağıtmaq cəhdlərinə qarşı çıxıblar.
Etirazlar Uzaq Şərqə və Sibirdə, o cümlədən Vladivostok, Xabarovsk və Çitada başlayıb və Navlanı tərəfdarlarının sözlərinə görə, həmin etirazlarda minlərlə insan iştirak edib.
Moskvadan təxminən 8000 kilometr uzaqda, Rusiyanın Çinlə sərhədində yerləşən Xabarovskda Navalnını dəstəkləyən etirazçılar nümayişin qarşısını almağa çalışan polislə qarşıdurma yaşayıb.
Navalnının Moskva və Rusiyanın digər hissələrindəki tərəfdaşları nümayişlərdən öncə polis tərəfindən saxlanılıb.
Polis müxalifət tərəfdarlarını etiraz etməməmək, müstəqil jurnalistləri isə bu etirazları işıqlandırmamaq barədə xəbərdarlıq edib.
Rusiya universitetləri tələbələrinə Navalnıya dəstək mitinqlərində iştirak etməmələrini söyləyib, bəziləri isə onlara qarşı qovulma daxil olmaqla intizam tədbirləi görməklə hədələyib.
Ölkə boyu keçirilən etirazlar Navalnının sinir agenti ilə zəhərləndiyinə görə müalicə aldığı Almaniyadan geri dönməsindən sonra onun tərəfdarlarının təşkil etdiyi ilk etirazlardır. Navalnı təyyarəsinin Moskvaya enməsindən çox qısa müddət sonra həbs edilib.
Aleksey Navalnı açıq şəkildə Prezident Vladimir Putini Rusiya təhlükəsizlik xidmətlərinə onu zəhərlmək göstərişi verməkdə ittiham edir. Kreml isə dəfələrlə bu iddiaları rədd edib.
Birləşmiş Ştatlar və digər Qərb ölkələri Navalnının həbsini qınayıblar və onun qeydsiz-şərtsiz azadlığa buraxılmasına çağırıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?