İŞİD terror təşkilatının üzvləri Suriyanın Deyr Əz-Zor vilayətində qaz kəmərini partladıblar.
SANA agentliyi xəbər verir ki, bu barədə Suriyanın Neft və Mineral Ehtiyatları nazirliyi məlumat yayıb.
“Boru kəmərinin iki yerdə partladılması nəticəsində alov kənara yayılıb, yanğınsöndürənlər və təmir qrupu təxribatın baş verdiyi əraziyə yollanıb” - Neft və Mineral Ehtiyatları nazirliyinin məlumatında qeyd olunur.
Qeyd edək ki, Suriyanın şərqində fəaliyyət göstərən terrorçular ölkə iqtisadiyyatına zərər vermək üçün dəfələrlərlə neft və qaz boru kəmərlərini patladıblar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?