Bu gün Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyan əleyhinə növbəti etiraz aksiyası keçiriləcək.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, Baqramyan prospektində yerli vaxtla saat 15:00-da növbəti mitinq keçiriləcək. Aksiyanın təşkilatçısı yenə “Vətənin qurtuluşu” hərəkatıdır.
Xatırladaq ki, Ermənistan müxalifəti ötən ilin sonlarından iqtidara qarşı etiraz aksiyaları keçirir. Paşinyan əleyhdarları baş nazirin istefaya getməsini tələb edirlər. Onlar bir neçə dəfə parlament binasının qarşısında çadırlar qurublar və orada gecələyiblər.
Baş nazir isə öz növbəsində istefa verməyəcəyini bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?